İlham Əliyev: Azərbaycan mətbəxi dadlı, amma təhlükəlidir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

İlham Əliyev: Azərbaycan mətbəxi dadlı, amma təhlükəlidir

Hər bir xalqın mətbəxi onun mədəniyyəti, ənənələri və imkanlarının göstəricisidir. Əlbəttə ki, Azərbaycan mətbəxi çox müxtəlif, çox dadlı, lakin çox təhlükəlidir.

Median.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan mətbəxinin əsas təhlükəsi – nəzarət olunmayan çəki artımıdır.

“Ona görə gündəlik həyatda sui-istifadə etməməyə çalışıram. Baxmayaraq hesab edirəm ki, Azərbaycan mətbəxindən dadlı heç nə yoxdur. Düşünürəm ki, hər bir xalqın nümayəndəsi öz mətbəxini sevir və mən də istisna deyiləm.

Azərbaycan mətbəxindən sevimli yeməklərə gəldikdə isə, deməliyəm ki, onların hamısını sevirəm. Lakin ən çox mənim həyat yoldaşım Mehribanın hazırladığı yeməkləri sevirəm. O, bu işdə yaxşı mütəxəssisdir. Öz kulinariya əsərləri ilə mənə və bütün ailə üzvlərinə çoxlu sevinc bəxş edir”, - deyə, AR Prezidenti bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 589 05.04.18 21:45