BMT-nin İnsan Hüquqları Şurasında “ASAN Xidmət” təcrübəsinin təşviqinə dair qətnamə qəbul edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 "Neftçi"nin baş məşqçisi: Azarkeşlərdən üzr istəyirəm  |     22:55 "Qarabağ" Bəhlul Mustafazadə ilə müqavilə müddətini uzadıb  |     22:46 Bakı-Quba yolunda “Range Rover” külə döndü - AÇIQLAMA  |     22:37 İrana ”balıq yağışı” yağdı - VİDEO  |     22:28 İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək  |     22:20 Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib  |     22:13 Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb  |     22:04 Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - FOTO  |     21:54 Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO  |     21:46 Topçubaşova niyə xristianlığı qəbul etmək təklif olunur?  |     21:38 “Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB  |     21:30 Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT + YENİLƏNİB/FOTO  |     20:50 Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO  |     20:49 Şəmkirdə minik maşını dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB  |     20:42 ABŞ səfiri təxribatlara davam etsə, “persona non-grata” elan oluna bilər  |     20:36 Nazir: İqlim maliyyələşməsinin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır  |     20:28 Botoksun psixikaya faydası üzə çıxdı  |     20:13 Mayın 5-6-da maqnit qasırğası olacaq  |     20:05 Dördüncü kurs tələbəsi vəfat etdi  |     19:47 Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib  |    

BMT-nin İnsan Hüquqları Şurasında “ASAN Xidmət” təcrübəsinin təşviqinə dair qətnamə qəbul edilib

Bu gün Cenevrədə keçirilən BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilmişdir.

“Report” Xarici İşlər Naziriliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qətnamə dünyanın qlobal inkişaf proqramını müəyyən edən BMT-nin Davamlı İnkişaf Məqsədlərinin 2015-ci ildə qəbul olunmasından bəri BMT-nin İnsan Hüquqları Şurasının çərçivəsində Azərbaycanın təşəbbüsü ilə qəbul edilmiş ilk qətnamədir.

Qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərimizdən biri hesab edilən “ASAN Xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin BMT sistemi daxilində təşviq edilməsi olmuşdur.

Qəbul edilmiş qətnamədə dövlət xidmətlərinin texnoloji yeniliklər və innovativ yanaşmalar vasitəsilə çatdırılmasının insan hüquqlarının müdafiəsinə verdiyi töhfə vurğulanır və bu sahədə uğurlu modellər təsis etmiş BMT üzv ölkələri öz təcrübələrini digərləri ilə bölüşməyə dəvət edilir.

Qətnamə həmçinin 2015-ci ildə “ASAN Xidmət”in təltif edildiyi “BMT-nin Dövlət Xidmətləri Mükafatı”nı dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən nüfuzlu mükafatı olaraq təsbit edir və BMT qurumlarını və digər beynəlxalq təşkilatları müvafiq sahədə mövcud olan uğurlu təcrübələri təşviq etməyə və mükafatlandırmağa davam etməyə çağırır.

Qeyd edək ki, ölkəmiz tərəfindən irəli sürülmüş bu qətnaməyə BMT-nin bütün coğrafi və siyasi qruplaşmalarını təmsil edən 87 dövlət həm-müəllif qismində qoşulmuşdur ki, bu da BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində qəbul edilən digər qətnamələrlə müqayisədə kifayət qədər yüksək göstəricidir. Bu amil “ASAN Xidmət”in təsis edilməsi və genişləndirilməsi də daxil olmaqla ölkəmizdə insan hüquqlarının müdafiəsi və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilməkdə olan islahatlara beynəlxalq insan hüquqları ictimaiyyəti tərəfindən nümayiş etdirilən dəstəyin bariz göstəricisidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 049 23.03.18 12:38