Əbülfəs Qarayev: “Hamıya bir-bir dəvətnamə göndərməliyəm?” (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Əbülfəs Qarayev: “Hamıya bir-bir dəvətnamə göndərməliyəm?” (VİDEO)

Nazir Real TV-yə müsahibəsində vacib məqamlara toxunub

“İnsanlar teatrlara getmirlər. Mən fərdi şəkildə insanlara dəvətnamə göndərməli deyiləm ki, teatra gəlin, tamaşalara baxın”.

Bu sözləri Real TV-yə müsahibəsində Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son vaxtlar Azərbaycanın film sənayesini, teatr tamaşalarını tənqid edənlərə cavab olaraq bildirib.

Əhalini teatrlara gəlməyə və yerli filmlərimizə, tamaşalarımıza baxmağa çağıran nazir bildirib ki, tənqidlərə açıqdır, lakin bu sağlam tənqid olmalıdır.
“Mən insanlara bir-bir dəvətnamə göndərməli deyiləm. Bileti kassalarda satırlar. Teatrla maraqlananlar bileti alıb getsinlər. Tamaşalara baxandan sonra tənqidi fikirlər səsləndirə bilərlər. Son vaxtlar belə tendensiya yaranıb: tənqid etmək. Müqayisə etmək lazımdır. Amma əvvəlcə teatrlara gedib tamaşalara, Azərbaycan kinolarına baxmaq lazımdır. ABŞ, Türkiyə filmlərinə biletləri alıb baxırlar. Amma öz filmimizə baxmırlar. Deyirlər ki, nəyimizə gərəkdir. 3-4 gün filmimiz nümayiş olunur. Amma baxmağa gələn olmadığından nümayiş dayandırılır”, - deyə Əbülfəs Qarayev bildirdi.
Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 910 20.03.18 18:23