“Qəbələ”nin avtobusu daşa basıldı, “Kəpəz” cərimələndi » Median.Az News Agency

“Qəbələ”nin avtobusu daşa basıldı, “Kəpəz” cərimələndi
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda Topaz Premyer Liqasının 19-cu turu haqqındakı qərarlar bəlli olub.

“Kəpəz” – “Qəbələ” matçı başa çatdıqdan sonra qonaq komanda stadion ərazisini tərk edərkən yerli azarkeşlər tərəfindən klubun avtobusunun şüşəsi sındırılıb.

“Qırmızı-qaralar”ın təhlükəsizliyini tam təmin etmədiyinə görə Gəncə klubu 4000 manat cərimə olunub. “Qəbələ” klubunun dəymiş ziyana uyğun olaraq təqdim edəcəyi hesabı da “Kəpəz” ödəməli olacaq.
скачать dle 11.3






Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




469 14.03.18 17:14