Lənkəran Dövlət Universitetində yeni prorektor təyinatı olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:22 Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır  |     22:16 Azərbaycanda mərkəz direktoru İŞDƏN ÇIXARILDI  |     22:08 Lənkəranda meyiti tapılan qadının kimliyi məlum olub - YENİLƏNİB  |     22:00 Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib - FOTO  |     21:52 Dəhşətli qəzada ölən qazi ilə dostunun FOTOsu  |     21:45 Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO  |     21:38 Gəliriniz artacaq, maliyyə vəziyyətiniz yaxşılaşacaq – 4 bürcə ŞAD XƏBƏR  |     21:30 Pakistanda yaşayış binasında partlayış: Ölənlər var  |     21:23 Türkiyədə son 53 ilin ən isti apreli qeydə alınıb  |     21:16 Əli Əsədov İqor Petrişenko ilə görüşdü  |     21:10 Son günlər müşahidə olunan intensiv yağıntıların kənd təsərrüfatına təsirləri açıqlanıb  |     21:02 Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ  |     20:56 Daha bir naməlum şəhidin kimliyi bilindi  |     20:48 Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO  |     20:41 Daha 4 kənddə qaz təchizatı dayandırılacaq  |     20:30 Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib  |     20:25 Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb  |     20:16 COP29: Dayanıqlı və ədalətli gələcəyə can atırıq  |     20:10 Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək  |     20:02 Ələt Azad İqtisadi Zonasının imkanları BƏƏ-də təqdim olunub  |    

Lənkəran Dövlət Universitetində yeni prorektor təyinatı olub

Lənkəran Dövlət Universitetində yeni prorektor təyinatı olub.

Median.az xəbər verir ki, universitetin Xarici dillər kafedrasının müdiri, dosent Kamran Kazımov universitetin Sosial məsələlər üzrə prorektoru vəzifəsinə təyin edilib.

Kazımov Kamran Şahverən oğlu 1961-ci il mart ayının 8-də Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub.
1994-cü ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunu (indiki BSU) fərqlənmə diplomu ilə bitirib. Xarici ölkə ədəbiyyatı üzrə mütəxəssisdir. Üç monoqrafiya, 8 proqram, 6 metodik vəsait, 60-dan çox elmi məqalənin müəllifidir.
Onun elmi əsərləri Respublikanın və Rusiya, Polşa, Amerika, Çexiya, Gürcüstan kimi xarici ölkələrin elmi jurnallarında dərc olunub. O, Polşanın Poznan şəhərində, Özbəkistanın Səmərqənd şəhərində, Rusiyanın Kursk Dövlət Texniki Universitetində, Həştərxan Dövlət Universitetində, Volqoqrad Dövlət Universitetində, Moskva Dövlət Pedaqoji Universitetində keçirilən beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış edib, Polşanın Lodz, Böyük Britaniyanın Esseks Universitetlərində, Rumıniyanın İasse şəhərində Aleksandru İoan Kuze Universitetində treninqlərdə iştirak edib, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti tərkibində Türkiyə Cümhuriyyətinin təhsil sisteminin öyrənilməsi sahəsində Ankaranın TODAİE İnstitutunda keçirilən seminarda Lənkəran Dövlət Universitetini təmsil etmiş və sertifikata layiq görülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 176 12.03.18 23:55