Düyü və kərə yağı bahalaşdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Düyü və kərə yağı bahalaşdı

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,8%, qeyri-ərzaq mallarının qiymətləri 4,7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,3% bahalaşıb.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, bu ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,1% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% ucuzlaşıb.

Bayram təamlarının qiyməti artıb

Ay ərzində uzun düyünün, südün, qatığın, xamanın, kərə, zeytun və marqarin yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, soğanın, kartofun, çay və qəhvənin qiymətlərində bahalaşma, yumru düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, kələmin, yerkökünün, çuğundurun, sarımsağın, göyərtinin, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Fevral ayında yanvar ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, inşaat materiallarının, mebel və ev əşyalarının, şüşə məmulatları, yemək qabları və əşyalarının, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, minik avtomobilləri üçün ehtiyat hissələrinin, məişət cihazlarının, xalça və digər döşəmə örtüklərinin, televizorların, mobil telefon və fotoaparatların qiymətlərində ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Avtomobil təmiri ucuzlaşıb

Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və ölkədən kənara istirahət turlarının, avtomobillərin təmiri xidmətlərinin qiymətlərində ucuzlaşma, dəmiryol nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, məişət cihazlarının və ayaqqabıların təmiri xidmətlərinin qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 627 09.03.18 14:21