“Uşaq pulunu” ala bilmək üçün nə etməli? – (CAVAB) » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |    

“Uşaq pulunu” ala bilmək üçün nə etməli? – (CAVAB)

“Övladımın olması münasibətilə dövlət yoldaşıma guya 99 manat sevinc pulu verməlidir. Bəlkə 99 manat xərcim çıxıb, amma 2 aya yaxındı bu pulu ala bilmirəm”.

Bu sözləri minval.info-nun əməkdaşı Səmral Quluzadə deyib.

O bildirib ki, əvvəl Sabirabaddakı “Asan xidmət”dən uşaq üçün doğum haqqında şəhadətnamə ala bilməyib:

“”Asan xidmət” də çoxdan mənim üçün “zülm xidmət” olub bu öz yerində. Nə vaxt bu quruma işim düşüm yol pulu, rüsumlarla cibim də boşalıb, əsəblərim də pozulub. İşim də ya həll olmayıb, ya da xeyli get-gəldən sonra gec həll olub”.

Səmral Quluzadənin ailəsi bu səbəbdən “sevinc pulu”nu ala bilmək sevincini yaşamayıb.

“Minval” əməkdaşının sözlərinə görə, daha sonra ortaya çıxıb ki, şəxsiyyət vəsiqəsindən əlavə yaşayış yerindən arayış də lazımdır:

“Buna görə Neftçaladan Sabirabada məktubla arayışım göndərilib. 4 gündür ki, gəlib çıxmır. Bu da “Azərpoçt”un mənə “xeyiri”. Hər iki rayon poçtdan söyləyirlər ki, “bizlik deyil Bakılıqdır”. Bakıdan isə problemin nədən ibarət olduğunu bilmədiklərini deyirlər”.

Qeyd edək ki, Səmral Quluzadə hər ay kirayə haqqı ödədiyindən sosial durumu ürəkaçan deyil. Bu səbəbdən ailəsinin haqqı olan sevinc pulundan yararlanmaq istəyib. Lakin Səmralın arzusu günlərdir ki, gerçəkləşmir.

Məsələ ilə bağlı minval.info hüquqşünas Əsabəli Mustafayevin fikirlərini öyrənib.

Onun sözlərinə görə, poçtdan məktubun çatıb-çatmamasını xəbərnamə və ya qəbz vasitəsilə öyrənmək olar:

“Əgər oradan bildirilsə ki, məktub xəbərnaməsiz göndərilib, bu zaman qəbz tələb edilməlidir. Həmin şəxs bunu qəbzin üzərindəki şifrə vasitəsilə yoxlaya bilər. Ya özləri, ya da ki bizə verə bilərlər. Bu şifrə ilə “Azərpoçt”un rəsmi saytından öyrənmək olar ki, vəziyyət nə yerdədir”.

Ə.Mustafayev bildirib ki, sevinc pulunun alınması üçün yaşayış yerindən arayışın tələb olunmasına rast gəlməyib: “Ola bilsin, bu sənədi ailəyə ödəniş edəcək müvafiq orqanı həmin ünvana əsasən müəyyən etmək üçün istəyirlər. Bilirsiniz, təcrübə ilə qanunvericilik arasında fərq var. Buna görə əgər arayışda dirəniblərsə, belə qayda ilə həll etmək olar”.

Dövlət Sosial Müdafiə Fondunun rəsmi saytından “uşaq pulunu” almaq üçün tələb olunan sənədlər barədə belə cavab verilib:

“Uşağın doğum haqqında şəhadətnaməsinin surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı) və sair əlavə olunur”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 891 07.03.18 17:45