Nazir: "Azərbaycanda 300-dək xəstəxana bağlanıb" » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:04 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək  |     18:49 Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmen külli miqdarda pul mənimsəyib?  |     18:37 Nərimanovdakı bazarda bəzi məhsulların satışına məhdudiyyət qoyuldu  |     18:24 Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı  |     18:14 Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı  |     18:01 Nazir rüşvət almaqda təqsirləndirilən şəxsi işdən çıxardı  |     17:45 Zaxarovadan Rusiya hərbi attaşesini ölkədən çıxaran Britaniyaya reaksiya: “Adekvat cavab veriləcək”  |     17:37 "Sədərək Yusif"in oğlunun evindən oğurluq edənin cəzası azaldıldı  |     17:30 AQTA Zaqatalada zəhərlənmənin səbəbini açıqladı  |     17:23 Ukrayna məhkumları döyüşə göndərir  |     17:03 Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir  |     16:41 Masazırda ƏMƏLİYYAT: Saxta spirtli içki hazırlayan dəstə ələ keçdi - FOTO/VİDEO  |     16:35 Rayonlarda leysan olacaq  |     16:19 Azərbaycanda bank kartlarında problem yarandı  |     16:08 Rusiya qoşunları daha iki yaşayış məntəqəsini nəzarətə götürdü  |     15:48 Erməni kilsəsi - daşnakların bütün bəlalarının mənbəyi - VİDEO  |     15:40 Peskov Putin və Paşinyanın görüşündən danışdı  |     15:28 ABŞ Çinə ChatGPT-yə girişə məhdudiyyət qoyur  |     15:22 Azərbaycan bəzi ölkələrdən quş ətinin idxalını bərpa edir  |     15:06 Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub  |    

Nazir: "Azərbaycanda 300-dək xəstəxana bağlanıb"

Azərbaycanda 300-ə qədər fəaliyyətsiz xəstəxana ləğv olunub.

Median.Az
Modern.az-a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev bildirib.

“Azərbaycan səhiyyəsi son 14 ildə böyük inkişaf yolu keçib. İlk növbədə bu sahədə struktur dəyişiklikləri aparılıb, dövlətdən vəsait ayrılsa da, işləməyən 300-ə qədər fəaliyyətsiz xəstəxana ləğv olunub, çarpayı fondu 50 faiz azaldılıb”,-deyə O.Şirəliyev qeyd edib.

Nazirin bildirdiyinə görə, dövlət başçısının tapşırığına uyğun olaraq, regionlarda müasir avadanlıqlarla təchiz edilmiş diaqnostika mərkəzləri tikilib, yeni səhiyyə müəssisələri inşa olunub və ya əsaslı təmir edilib.

“Qarşıya qoyulan tələblərə uyğun olaraq, hazırda bütün rayonlarda əhali yüksək səviyyəli səhiyyə xidmətindən yararlana bilir. İndiyədək 642 yeni tikilmiş və ya əsaslı təmir olunmuş səhiyyə müəssisəsi istifadəyə verilib. Ölkə başçısının geniş tərkibli müşavirədə qeyd etdiyi kimi, bu il Qubada, Şəmkirdə, Goranboyda, Qazaxda, Naftalanda və Qobustanda, gələn il isə Füzuli və Qəbələdə belə müəssisələrin açılışı olacaq. Bu müəssisələr də istifadəyə veriləndən sonra ölkənin, demək olar ki, bütün regionlarında müasir səhiyyə müəssisələri əhaliyə xidmət göstərəcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 596 06.03.18 15:55