Azərbaycanda zorla qaçırılan qız necə qurtuldu? – ŞOK TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |     11:53 Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi  |     11:49 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     11:47 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:45 “Mançester Yunayted” fransalı hücumçu ilə yolları ayıracaq  |     11:45 Bakıda özünə bıçaqla xəsarət yetirən 37 yaşlı kişi ölüb  |    

Azərbaycanda zorla qaçırılan qız necə qurtuldu? – ŞOK TƏFƏRRÜAT

Ağcabədidə maşının şüşələri sındırılaraq qaçırılan Sevinc Musayeva tapılıb.

Median.Az
xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktoru Mətanət Fərzəlibəyova deyib. Onun sözlərinə görə, qız hazırda anasının yanındadır:

Oğlan evi Sevinc İsmayılovanı qaçırıb İsmayıllıda gizlətmişdilər. Qız deyir ki, “gördüm məni ortaya çıxartmaq fikirləri yoxdur. Bilirdim ki, valideynlərim də narahatdır. Odur ki, bir çıxış yolu gəldi beynimə. Onları aldatdım. Dedim ki, məni axtarırlar. Gedək polis şöbəsinə yazım ki, mən özüm istəyimlə gəlmişəm. Onlar da mənə inandı. Polis şöbəsinə girəndə qışqırmağa başladım: mən bu oğlanı istəmirəm, məni məcbur aparıblar, onunla ailə qurmaq istəmirəm. Məni xilas edin, əgər məni onlara versəniz, özümü öldürəcəm, dedim”. İndi qız valideynlərinin yanındadır”.

Mətanət Fərzəlibəyova qeyd edib ki, Sevinc Musayevanın səhhətində bəzi problemlər yaranıb: “Anası dedi ki, qız çox qorxub. Bir ay ona icazə verin, özünə gəlsin. Qıza heç bir zor tətbiq olunmayıb, hər şey qaydasındadır”.

Qeyd edək ki, bir müddət öncə Ağcabədi rayonunda 21 yaşlı tələbə qaçırılıb. Hadisə, qız dərsdən evə qayıdarkən baş verib. 7 oğlan avtomobilin şüşələrini sındıraraq qızı maşından çıxarıblar.

21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 265 06.03.18 14:22