“Real Madrid” ulduzu beş il müddətinə həbs oluna bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

“Real Madrid” ulduzu beş il müddətinə həbs oluna bilər

Xorvatiya prokurorluğu “Real Madrid” futbol klubunun xorvatiyalı ulduz yarımmüdafiəçisi Luka Modriçə qarşı cinayət işi açıb.

Oxu.az “Večernji list”ə istinadən xəbər verir ki, Xorvatiya futbol millisinin üzvü məhkəməyə yalan ifadələr verməkdə ittiham olunur.

Günahı sübuta yetirilərsə, onu beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Məhkəməyə ittihamnaməni təqdim edən prokurorluq hesab edir ki, Modriç, Zdravko Mamiçə qarşı istintaqa yalan məlumatlar çatdırıb. “Dinamo” Zaqreb futbol klubunun keçmiş rəhbəri Mamiç, Modriçin “Totenhemə” satışından əldə olunan gəlirin bir hissəsini mənimsəməkdə ittiham olunur.

İstintaqın gedişində futbolçu ifadəsini dəyişməklə, öz işini sözün əsl mənasında müşkülə salıb.

Yalan ifadə verməkdə eyni zamanda Modriçin milli yığmadakı komanda yoldaşı Deyan Lovren ittiham olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 301 03.03.18 13:30