Rusiyada yanğında ölən üç azərbaycanlının meyiti vətənə göndərilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Rusiyada yanğında ölən üç azərbaycanlının meyiti vətənə göndərilib

Orenburqda baş verən yanğın zamanı ölən üç azərbaycanlının meyiti xüsusi aviareyslə Bakıya göndərilib.

Median.Az
-ın xəbərinə görə, bu barədə Report-a Orenburq vilayəti Azərbaycanlılarının Milli Konqresinin prezidenti Ələddin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu gün meyitləri göndərilənlərin hər üçü Masallı rayonunda dəfn ediləcək. O, meyitin vətənə göndərilməsi üçün lazım olan pulun dünya azərbaycanlıları tərəfindən toplandığını vurğulayıb.

“Bu, normal praktikadır: azərbaycanlılar həm ağır günlərdə, həm də şad günlərdə bir yerdə olmalıdır. Azərbaycanın Rusiyadakı səfirliyindən bizə zəng vurub yardım təklif etdilər, amma hələlik öz gücümüz çatır”, - Ə.Məmmədov bildirib.

Konqres başçısı əlavə edib ki, dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə Orenburq şəhərinin meri Yevgeni Orapov arasında telefon danışığı olub və onlar yanğında xəsarət alanlara yardım məsələsini müzakirə ediblər.

Hazırda xəstəxanada olanlardan biri - səkkiz yaşlı Sevinc Quliyeva özünə gəlib və artıq danışır.

Digər xəsarət almışların vəziyyəti sabit ağır kimi qiymətləndirilir. Onların hamısında bütün orqanların fəaliyyəti süni aparatlar vasitəsilə təmin olunur.

Xatırladaq ki, Orenburqda yanğın zamanı Rusiya və Azərbaycan vətəndaşları - Hətəm Quliyev (1980-ci il təvəllüdlü), Leyla Quliyeva Hətəm qızı (3 yaş), Eysavar Quliyev Hətəm oğlu (6 yaş) və Əmrah (45-46 yaş) ölüb.

İlkin məlumatlara görə, yanğın məişət zəmnində ailə münaqişəsi nəticəsində baş verib. Sədaqət Quliyeva mənzildə olanların və özünün üstünə benzin tökərək yandırıb.

Şəhərin tibb məntəqəsinə yeddi nəfər, o cümlədən üç yetkinlik yaşına çatmamış uşaq göndərilib. Amma Leyla və Eysavar Quliyevlər xəstəxanaya gedərkən təcili tibbi yardım maşınında keçiniblər.

Faktla bağlı cinayət işi açılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 117 15.02.18 12:41