“Kartla qumar oynamışdılar”- Zabratdakı qanlı cinayətin təfərrüatı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:46 Ən xeyirxah BÜRCLƏR - Onlar hər zaman...  |     22:24 Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO  |     21:41 32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO  |     21:34 Kvaratsxeliya karyerasını PSJ-də davam etdirə bilər  |     21:26 Rusiyada sərnişin avtobusu çaya düşüb, iki nəfər ölüb, beşi yaralanıb  |     21:18 BMT Baş Assambleyası fələstinlilərin təşkilata üzv olmaq hüququnu tanıyan qətnamə qəbul etdi  |     20:44 Qazaxda təbii fəlakət fəsadlar törədib  |     20:42 Belarus Baş Qərargahının rəhbəri işdən çıxarıldı  |     20:14 Bakıda təhlükə saçan hotel: Balta ilə içəri girdi - VİDEO  |     20:03 Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı  |     19:51 “Liverpul” mövsüm sonunda oyunçusu ilə yolları ayıracaq  |     19:42 Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO  |     19:30 Təhlükə mənbəyi olan “AMAY”la bağlı FHN-dən AÇIQLAMA  |     18:32 Bakıda beynəlxalq seysmoloji konfrans KEÇİRİLƏCƏK  |     18:10 Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ  |     18:05 Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər  |     17:22 Nazir Baş İdarənin rəisini işdən çıxartdı  |     17:17 Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO  |     17:10 Azərbaycanda vəkil komaya düşərək vəfat etdi - FOTO  |     16:50 Gədəbəy və Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA  |    

“Kartla qumar oynamışdılar”- Zabratdakı qanlı cinayətin təfərrüatı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Məzahir Xəlilovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Musavat.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə Məzahir Xəlilov yaşadığı qəsəbədə Elşad Şirinovu bıçaqlayıb. Hadisəyə səbəb söyüş olub. Söyüşdən əvvəl isə Məzahir Xəlilov başqa şəxslə qumara görə mübahisə edirmiş.

Elşad Şirinov onları sakitləşdirmək istəyərkən davanın iştirakçısı olub. Məzahir Xəlilovla əvvəlcə əlbəyaxa olublar. Bir-birlərini söydükdən sonra Məzahir bıçaqla Elşad Şirinovun sinəsinə bir zərbə vuraraq qaçıb.

Hadisə ötən il Bakı şəhəri Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib.

M.Xəlilovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq niyyətiylə) maddəsi ilə ittiham irəli sürülüb.

Məzahir Xəlilov elan edilən ittihamla özünü qismən təqsirli bilib və deyib ki, Elşad Şirinovu söyüş söydüyü üçün vurub.
Məhkəmədə ilk olaraq zərərçəkmiş Elşad Şirinov ifadə verib. O deyib ki, hadisə günü evdən siqaret almaq üçün çıxıbmış. Amma məhəllədəki market bağlı olub. Evə qayıtmaq istəyərkən yaxınlıqdakı kafedən səs-küy eşidib:

"Yaxınlaşanda iki nəfərin mübahisə etdiyini, bir-birlərini söydüyünü gördüm. Söyüşün biri bir qəpik idi. Gördüm ki, onlardan biri məhəllə adamı Elşaddır. Elşadın atası ilə münasibətimiz yaxşıdır. Onu sakitləşdirməyə çalışdım. Mübahisələri belə başlamışdı ki, dominoda, ya da kartda qumar oynamışdılar. Elşad uduzmuşdu. Məzahirə deyirdi ki, "niyə başqası ilə birləşib məni uddun?". Mən Məzahiri ilk dəfə idi görürdüm".

Elşad Şirinov etiraf edib ki, həmin vaxt qonşusuna tərəf çıxıb. Elə bu zaman da Məzahir onunla mübahisə eləməyə başlayıb:
"Dedi ki, sən kimsən söhbətə qarışırsan? Başladı söyüş söyməyə. Mən ona bir yumruq vurdum. Yerə yıxıldı. Ayağımdan tutub məni yıxdı və boğazımdan tutdu. Bir yumruq da onda vurdum".

Zərərçəkmiş söyləyib ki, həmin vaxt qonşusu Elşad da yerə yıxılan Məzahirə təpiklə zərbələr endirib.

Elşad Şirinovun sonradan danışdıqları isə hakimlər heyyətinə inandırıcı gəlməyib. O deyib ki, davadan sonra tərəflər sakitləşib. Və hətta pivə içməyə getmək istəyiblər:

"Elşad mənə dedi ki, gedək pivə içək. Mən də razılaşdım. Məzahir dedi ki, mən də sizlə gedirəm. Elşad razı olmadı. Söylədi ki, ona pivə almağa pulu yoxdur. Biz dəmiryolu ilə gəlirdik. Məzahir dedi ki, məni gözləyin. Biz də dedik bəlkə pul gətirməyə gedir. Qayıdanda mənə tərəf gəldi. Əlindəki bıçağı sonradan gördüm. Məni vuran kimi qaçdı. Sonra polislər onu evindən tutdu".

Hakim zərərçəkmişə sual verərək davadan sonra Məzahiri yolda gözləmələrinin səbəbini soruşub. Elşad Şirinov yenə eyni cavabı verib ki, Məzahirin pul götürüb gələcəyini düşünürmüş.

Bu haqda təqsirləndirilən şəxs Məzahir Xəlilov fərqli şəkildə danışıb. Deyib ki, onlar aralaşan zaman Elşad Şirinov yenidən onu söyüb: "Mən dedim ki, məni niyə vurdunuz? Dedilər ki, yaxşı elədik. Mən də əsəbləşdim. Dedim gözləyin, gəlirəm. Fikirləşdilər ki, gedən adam gətirəcək. Arxamca dedilər ki, gəlməyənin də. Gedib həyətdən bıçaq götürdüm. Gələn kimi Elşad Şirinovu vurdum. Sonra da qaçıb gizləndim. Dedim bəlkə arxamca gələcəklər. Amma gəlmədilər. Küçənin tinində gizlənib baxdım. Onlar dəmiryolu ilə çııxb getdilər".

Məzahir Xəlilov qeyd edib ki, evə qayıdandan sonra polislər onu saxlayıb.

Özünü qismən təqsirli bilən M.Xəlilov əməlindən peşman olduğunu söyləyib.

Zərərçəkmiş Elşad Şirinov təqdirləndirilən şəxsi bağışladığını deyib.

Məhkəmə prosesi davam edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 857 03.02.18 21:35