Bakıda yanğın zamanı azyaşlı qız ölüb » Median.Az News Agency

Bakıda yanğın zamanı azyaşlı qız ölüb
Bakı şəhəri, Binəqədi rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 117 m2 olan birmərtəbəli tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 m2 olan bitişik tikili yanıb.

FHN-dən oxu.az-a verilən məlumata görə, yanğın zamanı bir nəfər yanıq xəsarətləri alıb.
 
Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Əliyeva Ayan Lətif qızının yanmış meyiti aşkarlanıb. 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb. 

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




1 144 22.01.18 16:44