Fransalı deputat: "Fransada Azərbaycan əleyhinə yayılan yalan informasiyaların arxasında ermənilər dayanır" - MÜSAHİBƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Fransalı deputat: "Fransada Azərbaycan əleyhinə yayılan yalan informasiyaların arxasında ermənilər dayanır" - MÜSAHİBƏ

"Fransa ilə Azərbaycanın əməkdaşlıq edə biləcəyi sahələr, birgə reallaşdıracağı layihələr saysız-hesabsızdır və mən bununla bağlı təkliflər hazırlamışam"

Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan Dostluq Qrupunun üzvü Jülyen Borovszikin “Report”un Qərbi Avropa bürosuna müsahibəsi.

Azərbaycan və Fransa arasındakı əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Biz daha böyük nailiyyətlər əldə edə bilərik və elə buna da çalışırıq. Mən deputat seçilən kimi, ilk növbədə, Fransa-Azərbaycan Dostluq Qrupuna üzv olmuşam və təkliflər planı da hazırlamışam. Bunun üçün işçilərimdən birini Azərbaycana göndərmişdim. Mənim deputat seçildiyim bölgənin əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Biz bu sahədə Azərbaycanla əməkdaşlıq etməyə qərar vermişik. Məsələn, bizim bölgədə at saxlamaq ənənəsi mövcuddur. At azərbaycanlılar üçün də böyük əhəmiyyət kəsb edir və milli ənənənin ayrılmaz hissəsi sayılır. Bizim bölgənin atları ilə Azərbaycan atlarının fərqləri böyükdür. Bu baxımdan, onların mübadiləsini təşkil etmək olar. Hər halda məqsəd Azərbaycan ənənələrini Fransada tanıtdırmaq, əlaqələrimizi durmadan genişləndirməkdir.

- Sizcə, Fransada Azərbaycanla bağlı həqiqətlərin insanlara düzgün çatdırılmasına mane olan səbəblər hansılardır?

- Azərbaycanı Fransada kifayət qədər tanımırlar desəm yanlışlıq olar. Çünki Azərbaycan yenidən müstəqilliyini əldə etdiyi dövrdən etibarən bu sahədə çox uğurlu addımlar atıb. Lakin təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanın geosiyasi və geostrateji mövqeyi Fransada çox az tanınır. Bu gün Fransa əhalisinə Azərbaycanın çətin geosiyasi mövqeyi, bu çətinliyin əsas səbəbkarı olan hansı dövlətlərin əhatəsində yerləşdiyi barədə ətraflı məlumat verməliyik. Biz insanları Azərbaycanın qonşuluğundakı problemlər, regionda tutduğu mövqeyi barədə mütəmadi olaraq məlumatlandırmalıyıq.

Digər çətinlik Azərbaycanla bağlı mənfi məlumatların yayılması və əksər hallarda erməni lobbisi tərəfindən verilən yalan informasiyaların Azərbaycan haqqında yanlış fikirlərin və mənfi imicin yaranmasına səbəb olmasıdır.

Bu məsələdə daha bir məqama toxunmaq istərdim. Paris və ona yaxın ərazilərdə Azərbaycanı kifayət qədər tanıyırlar, bu, müsbət haldır. Lakin məhz Paris və ətraf şəhərlərdə erməni lobbisi daha çox yalan məlumatlar yaya bilir. Fransanın müxtəlif bölgələrinə gəldikdə isə vəziyyət tamamilə başqadır. Azərbaycan mənim ölkəmin ucqar rayonlarında az tanınır. Lakin bunun müsbət tərəfi həmin ərazilərdə erməni lobbisinin fəaliyyətinin zəif, yaxud heç olmamasıdır. Bunun sayəsində ermənilərin Azərbaycan əleyhinə ənənəvi informasiyaları yayıla bilmir. Beləliklə, bu bölgələrdə biz daha sağlam əlaqələr qura bilərik.

Bəs Fransada erməni lobbisinin yaydığı mənfi məlumatlara necə son qoya bilərik?

- Hesab edirəm ki, erməni lobbisinə qarşı çıxmaq çox qəliz məsələlərdəndir. Ona görə də onlarla üz-üzə gəlməməyin lehinəyəm. Əksinə, Azərbaycan ilə Fransa arasında əməkdaşlığı möhkəmləndirməli, bu ikitərəfli əlaqələr çərçivəsində həyata keçirilən konkret tədbirləri intensivləşdirməliyik. Belə olduğu halda, əhali konkret işlərin şahidi olacaqlar. Sizcə, konkret əməlləri görən insanlar yalan, əsassız, başqalarının hissiyatına toxunun yazılara inanarlar? Fransa ilə Azərbaycanın əməkdaşlıq edə biləcəyi sahələr, birgə reallaşdıra biləcəyi layihələr saysız-hesabsızdır./reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 308 19.01.18 13:10