Azərbaycanlı futbolçu həbs olundu - 750 manat hesaba görə » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Azərbaycanlı futbolçu həbs olundu - 750 manat hesaba görə

İran vətəndaşlarına qarşı quldurluq etməkdə təqsirləndirilən Miqdar Məmmədov, Orxan Atayev və Məhərrəm Məhərrəmov barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

Median.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, adıçəkilən şəxslər kafedə yeyib içərkən İran vətəndaşı Murtəza Azər və Bakı sakini Sədi Məmiyev onları daha yaxşı əylənə biləcəkləri bir məkana aparmalarını istəyiblər. Əvəzində gənclərin hesabını da ödəyəcəklərini deyiblər. Növbəti məkanda davam edən əyləncənin hesabı 750 manat olub. İran vətəndaşı buna etiraz edib və yalnız özü ilə dostunun hesabını ödəyib. 

M. Məhərrəmov isə telefonunu girov qoyaraq hesabı ödəmək üçün pul gətirməyə gedib. Hesabı verdikdən sonra kafedən bir yerdə çıxıblar. Fatmayı qəsəbəsində Murtəza Azərə və Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pullarını alıblar. 

Məhərrəm Məhərrəmov "İnter" komandasında 17 yaşlılar üzrə yığmada çıxış edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məhərrəmov və O. Atayev 8 il, M. Məmmədov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar apellyasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini istəyiblər. İlkin baxış iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Proses yanvarın 29-da davam etdiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 266 16.01.18 13:02