Dünya çempionunu öldürən azərbaycanlı məhkəmə qarşısında » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Dünya çempionunu öldürən azərbaycanlı məhkəmə qarşısında

Xabarovsk diyar məhkəməsində pauerliftinq (ağırlıq qaldırma) üzrə  dünya və Avropa çempionu  Andrey Draçyovun qətli ilə bağlı cinayət işi üzrə ilkin dinləmələr start götürüb. Dinləmədə iş üzrə prosesin gələcək təqvimi müəyyən ediləcək.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məhkəmə nümayəndəsinə istinadən məlumat yayıb.

20 avqust 2017-ci ildə Xabarovskda yerləşən kafelərin birinin qarşısında Draçyovla təqsirləndirilən şəxs Anar Allahverənov arasında dava düşüb. İstintaq versiyasına görə, təqsirləndirilən şəxs zərərçəkənin baş və bədən nahiyəsinə azı 21 yumruq və təpik zərbəsi endirib.  Zərbələrdən sonra zərərçəkən aldığı travmalardan yerə yıxılıb və huşunu itirib. 

Təqsirləndirilən şəxs yerdə beliüstə uzanan zərərçəkənin baş nahiyəsinə daha beş zərbə endirib. Aldığı xəsarətlərdən idmançı xəstəxanada dünyasını dəyişib. İstintaq komitəsi qətllə bağlı cinayət işi açıb. Allahverənov hadisədən bir ay sonra hüquq-mühafizə orqanlarına təslim olub.

“Məhkəmə iclası artıq başlayıb. İclas qapalı şəkildə keçirilir. İlkin dinləmələrdə növbəti iclasın tarixinin müəyyən edilməsindən savayı, ittiham və müdafiə tərəflərinin vəsatətlərinə baxıla bilər”, – deyə agentliyin müsahibi bildirib.

Yevgeni Draçyovun ailəsinin vəkilinin verdiyi məlumata görə, Allahverənovun vəkilləri ekspertiza yolu ilə əldə olunmuş sübutların qeyri-məqbul sayılması ilə bağlı vəsatət qaldırıb.

“Anar Allahverənovun vəkilləri iş üzrə sübutların rədd edilməsi ilə bağlı vəsatət qaldırıb. Bunun üçün ilkin dinləməyə ehtiyac var. Ona görə də müdafiə tərəfi Rusiya Cinayət Prosessual Məcəlləsinin 229-cu maddəsinin 3-cü hissəsinin tələblərini rəhbər tutaraq vəsatət qaldırıb”, – deyə Şevtsov  bildirib.

O əlavə edib ki, Allahverənovun maraqlarını hazırda üç vəkil müdafiə edir.

Bundan əvvəl Allahverənovun “xuliqanlıq zəminli adam öldürmə” maddəsi ilə mühakimə olunacağı bildirilirdi. Həmin maddəyə əsasən, təqsirləndirilən şəxsə verilən ən ağır cəza – ömürlük azadlıqdan məhrumetmədir.    скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 647 15.01.18 11:08