Bələdiyyə hasarının altında qaldı, maraqlanan olmadı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |     20:17 Şənbə günü 32 dərəcə isti olacaq  |     20:06 Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib  |     19:57 Yasamalda 16 yaşlı yaşlı qızı avtomobil vurub  |     19:47 Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini həll edirik”  |     19:35 Çin XİN: NATO Ukrayna böhranına görə birbaşa məsuliyyət daşıyır  |     19:09 “Qəbələ” azarkeşlərini düşündürən məsələyə klub rəsmilərindən CAVAB  |    

Bələdiyyə hasarının altında qaldı, maraqlanan olmadı

Xəbər verildiyi kimi, yanvarın 9-da güclü külək nəticəsində Binəqədi rayon bələdiyyəsinə məxsus qarajın hasarı 1992-ci il təvəllüdlü Əhməd Fərman oğlu Əliyevin üzərinə aşıb. Daşların arasında sıxışıb qalan Əliyevi yaxınlıqdakı evlərin sakinləri xilas ediblər. Gəncin onurğası, qolu sınıb, ayaqlarından ciddi xəsarət alıb.

Əhmədin yaxınları Binəqədi bələdiyyəsindən şikayətçidirlər. Onların sözlərinə görə, hasarın qəzalı olması ilə bağlı hələ bir neçə ay əvvəldən məlumat verilib, lakin bələdiyyə şikayətlərə reaksiya verməyib.

“Hasar elə vəziyyətdə idi ki, hər an uça bilərdi. Yaxınlıqda yaşayanlar bu barədə Binəqədi rayon bələdiyyəsinə məlumat vermişdilər. Görünür, tədbir görmək üçün hansısa bədbəxt hadisənin olmasını gözləyiblər. Buna görə də, bələdiyyə rəhbərliyinin məsuliyyətə cəlb olunmasını istəyirik “, – sözlərini şikayətçilər virtualaz.org saytına bildiriblər.

Qonşular deyirlər ki, Əhməd bir saata yaxın daşların arasında qalıb: “Ayağına mismar, dəmir batmışdı, qan itirmişdi. Görünür, köməyə adam çağırıb, amma eşidən olmayıb. Mən təsadüfən keçəndə zəif inilti eşitdim, gördüm ki, bir nəfər daşların arasında qalıb. Daşları güclə kənara çəkdim, sonra qonşuları köməyə çağırdım. Qonşuların köməyi ilə çuxurdan çəkib çıxardıq”.

Əhməd hazırda 1 saylı şəhər xəstəxanasında müalicə alır. Həkimlər vəziyyətini orta-ağır qiymətləndirirlər. Onurğasından ciddi zədə aldığından tərpənə bilmir. Uzun müddət müalicə almalıdır. Yaxınları söyləyirlər ki, hadisə baş verən gündən indiyə kimi Binəqədi bələdiyyəsindən Əhmədin vəziyyəti ilə maraqlanmayıblar. Hətta hadisənin hansı şəraitdə baş verdiyi də araşdırılmır. “Bu bədbəxt hadisə kimi qiymətləndirilə bilməz. Hasarın küləyə dözməyəcəyi əvvəldən bəlli idi. Buna görə də, araşdırma aparılmasını, ədalətli qərar çıxarılmasını gözləyirik”, – şikayətdə deyilir./bizimyol.infoскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 365 12.01.18 18:43