Naftalanda ermənilərin dağıtdığı ev tikilərək sahibinə verilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Naftalanda ermənilərin dağıtdığı ev tikilərək sahibinə verilib

Vətən müharibəsində erməni silahlı dəstələri döyüş meydanından qaçaraq Azərbaycanın cəbhə zonasına yaxın şəhər və rayonlarının dinc sakinlərinə qarşı terror həyata keçirdi. Bu qeyri-insani və heç bir müharibə qanunlarına sığmayan vəhişiliklər zamanı içərisində körpələr və qadınlar da olmaqla onlarla dinc sakin dünyasını dəyişdi, yüzlərlə sosial, iaşə, xidmət obyektlərinə və fərdi yaşayış evləri ya tamamilə dağıldı ya da ciddi ziyan dəydi.

"Report"un məlumatına görə, Naftalana erməni silahlı terrorçularının atdığı rakelərdən biri rayonun Safıkürd kənd sakini Həqiqət Cəfərnicatinin yaşadığı evə düşüb.

H.Cəfərnicatinin sözlərinə görəməri düşən zaman evdə tək olub: “Ötən il oktyabrın 1-də səhər saatlarında ermənilərin atdığı mərmi evimizə düşdü. Həmin vaxt evdə tək idim. Mərminin düşməsi nəticəsində xəsaərt olmasam da ev tamamilə dağılaraq yaşamaq yararsız hala düşdü”.

Ali Baş Komandan, Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə yaradılan Dövlət Komisiyasının yekun qərarından sonra evlərin və obyektlərin bərpa-tikinti işlərinə başlanıldı. Ölkə başçısının tapşırığına əsasən ziyan dəyən tikililər bərpa edilərək sakinlərin ixtiyarına verilib.

Vətən müharibəsində erməni silahlı dəstələrinin terroru nəticəsində evi dağılan Naftalanın Safıkürd kənd sakini Həqiqət Cəfərnicati üçün yenidən tikilən ev onun ixtiyarına verilib. “

O, göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib: “Şükürlər olsun, çox sağ olsunlar. Dövlətimizin başçısına və onun xanımı Mehriban Əliyevaya təşəkkür edirəm. Biz ailəliklə İlham ƏLiyevdən və Mehriban xanımdan çox razıyıq, Allah da onlardan razı olsun. Bu gün mən tam təmirli, hər cür şəraiti olan 5 otaqlı ev tikib mənə veriblər".

Məlumat üçün bildirək ki, Vətən müharibəsi zamanı, ümumilikdə 11 şəhər və rayon ərazisində 13 000-dən çox tikiliyə ziyan dəyib.

Dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında hazırki mərhələdə 11 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            360 26.10.21 19:10