ADNSU-da təmir zamanı qadının başına dəmir düşdü, öldü: Məhkəmənin hökmü açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

ADNSU-da təmir zamanı qadının başına dəmir düşdü, öldü: Məhkəmənin hökmü açıqlandı

2021-ci ilin mart ayının 7-də 1987-ci il təvəllüdlü Şəfəq Namətovanın bəədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı məhkəmə istintaqının nəticəsi olub.

Oxu.az-ın məlumatına əsasən, Ş.Namətova küləyin sürəti 26-29 metr/saniyə çatarkən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əsas korpusu tərəfdə hərəkətdə olarkən hadisə baş verib.

Universitetin əsas korpusunda görülən təmir işləri ilə əlaqədar inzibati binanın ətrafına təhlükəsizlik tədbirləri üçün quraşdırılan dəmir lövhələrdən biri güclü küləyin təsirindən uçaraq onun üzərinə düşdükdən sonra isə həmin qadın ölüb.

Ş.Namətovanın ailəsi həmin vaxt ADNSU-nun əsas korpusunda təmir aparan şirkətin rəhbərliyinə qarşı şikayət və tələblə çıxış etməyib.

Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs (adı açıqlanmayıb) Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            246 18.10.21 20:00