Türkiyə Gürcüstan vasitəsilə Avropaya mal ixrac edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Türkiyə Gürcüstan vasitəsilə Avropaya mal ixrac edəcək

Türkiyə Gürcüstan vasitəsilə Avropa İttifaqı ölkələrinə mal ixrac etmək hüququ əldə edib.

Bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Avropa İttifaqı, Gürcüstan və Türkiyə arasında sərbəst ticarət rejimi ixrac məhsullarının çeşidini əhəmiyyətli dərəcədə artıracaq. Xüsusilə, bu, tekstil, mebel, tikinti materialları, plastik, polad məmulatları, kağıza aiddir. Əlavə olaraq bu razılaşma Türkiyədən investisiyanı təşviq edəcək, müştərək şirkətlərin qurulmasını və yeni iş yerlərinin açılmasını sürətləndirəcək", - açıqlamada deyilir.

Nazirlik yeni müqavilənin kənd təsərrüfatı məhsullarına şamil edilməyəcəyini bildirib.

Qeyd edək ki, Gürcüstan, Türkiyə və Avropa İttifaqı 2017-ci ildən bəri bu razılaşma üzərində işləyir.

Türkiyə Gürcüstanın əsas ticarət tərəfdaşıdır. 2021-ci ilin yanvar-avqust aylarında ölkələr arasında ticarət dövriyyəsi 1,2 milyard ABŞ dollarını keçib və bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 32,5% çoxdur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            432 15.10.21 22:30