İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb”

“Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsinin bitməsindən bir il ötür. Bu bir il ərzində nələrin baş verməsi, qarşımızda hansı çağırışların dayanması və regional inkişafın perspektivləri ilə bağlı sizi məlumatlandırmaq istərdim”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, postmünaqişə dövrü ümumilikdə sakit keçir:

“Postmünaqişə deyirəm, çünki Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan ərazi bütövlüyünü bərpa edib və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi və Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll etdi. 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında Ermənistan-Azərbaycan münaqişəsinə son qoyan üçtərəfli bəyanat imzalandı.

Hərbi əməliyyatların dayandırılmasında Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin xüsusi rolunu qeyd etmək istərdim. Üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan işğalçı qüvvələrini işğal altındakı Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxardı. Buna qədər Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhər və kəndi döyüş meydanında azad etdi. Qeyd etdiyim kimi, bununla münaqişə hərbi-siyasi yolla həll olundu. Həmçinin üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirildi. Nəqliyyat kommunikasiyaların açılması ilə bağlı məsələlərin həlli üçün Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinlərindən ibarət İşçi Qrup yaradıldı. Azərbaycan tərəfindən Azərbaycanın Ağdam rayonu ərazisində Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi tikildi”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            384 15.10.21 13:38