Messi daha bir oyunu buraxacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Messi daha bir oyunu buraxacaq

Fransa PSJ-sinin futbolçusu Lionel Messi zədə səbəbindən daha bir oyunu buraxacaq.

Argentinalı hücumçu Liqa-1-in VIII turunda "Monpelye" ilə görüşdə də meydana çıxa bilməyəcək.

Hətta 34 yaşlı forvard İngiltərənin "Mançester Siti" klubuna qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsinin II tur matçında da oynamaya bilər. Futbolçunun durumu ilə bağlı növbəti açıqlama sabah veriləcək.

Lionel Messi PSJ-nin Liqa-1-in VI turunda "Lion"a 2:1 hesabı ilə qalib gəldiyi oyunda zədələnib. Sol dizindən xəsarət alan təcrübəli oyunçu 76-cı dəqiqədə Əşrəf Hakimi ilə əvəzlənib. O, zədəli olduğu üçün ölkə çempionatında VII turun "Mets"lə oyununda da forma geyinməyəcək.

Qeyd edək ki, PSJ sentyabrın 25-də "Monpelye"ni, 3 gün sonra isə "Mançester Siti"ni qəbul edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            504 22.09.21 20:50