Bakıda kişi döyülərək öldürüldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:29 “Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək” - Cümüyə 18 il həbs verildi  |     18:22 Bakının bir rayonunda qaz kəsiləcək  |     18:09 Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”  |     17:59 Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO  |     17:55 Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb”  |     17:44 Bəzi tikinti materialları BAHALAŞACAQ  |     17:33 Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO  |     17:12 Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq  |     17:04 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı  |     16:58 Geyiminə görə mağazadan qovuldu - Bakıda qəribə hadisə (VİDEO)  |     16:38 Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu  |     16:13 Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”  |     16:00 Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?  |     15:43 Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)  |     15:42 Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur  |     15:29 İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI  |     15:26 Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT  |     15:12 Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb  |     14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |    

Bakıda kişi döyülərək öldürüldü

Bakıda qətl hadisəsi olub.

Bu barədə Səbail Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılan istintaq hərəkətləri və keçirilən əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, şəhər sakini, 1975-ci il təvəllüdlü Ruslan Alyoşkin avqustun 30-u saat 01 radələrində Səbail rayonu Elçin Əzizov küçəsindəki mənzildə tanışları Marat Həmidov və Eldar Qurbanov ilə birlikdə spirtli içki qəbul etdikdən sonra Eldar Qurbanovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nahiyəsinə yumruq və təpiklə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürüb.

Ruslan Alyoşkin şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq davam edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            795 01.09.21 17:45