İdman həqiqətən cavanlaşdırırmı? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

İdman həqiqətən cavanlaşdırırmı?

Mütəmadi idmanın gücü təsirli olur: əzələləri möhkəmləndirir, xroniki xəstəliklərin qarşısını alır və bədən quruluşunu yaxşılaşdırır. Fiziki aktivliyin diqqətəlayiq daha bir faydası da var. Mütəxəssislərin sözlərinə görə, hətta orta miqdarda məşqlər sizi cavanlaşdırır. Əlbəttə ki, yaşınızı dəyişdirə bilməyəcəksiniz, ancaq özünüzü həm sağlam hiss edəcək, həm də cavan görünəcəksiniz.

Median.Az
arıqlamaq istəyən oxucuları idmanın əsas üstünlükləri ilə tanış edir.

Dəri vəziyyətini yaxşılaşdırır

Ontariodakı MakMaster Universitetinin tədqiqatçıları 20-84 yaş arasındakı kiçik bir qrup üzərində idmanın təsirləri barədə araşdırma aparıb. Məlum olub ki, tez-tez idman edən 40 yaşdan yuxarı insanların dərisi 20-30 yaşdakı qədər yumşaq və elastik olur. Tədqiqatçılar idmanın bədəndə dərinin qocalma prosesini ləngidən maddələr yaratdığını söyləyiblər. Alimlər hesab edir ki, idmanın dəri tərkibini necə dəyişdirdiyini öyrənmək üçün daha çox araşdırma aparmaq lazımdır.

Enerji axını

İdman təbii enerji içkisinə bənzəyir, beyninizi və vücudunuzu qidalandırır, buna görə özünüzü gümrah və canlanmış hiss edirsiniz. İdman bədəni gümrah vəziyyətə gətirir, gündəlik fəaliyyətlər sizi daha az yorur və daha az səy tələb edir. Bu gümrahlıq sayəsində hər addımda 1-2 yaş cavanlaşdığınızı hiss edirsiniz.

Metabolizmanı sürətləndirir

Yaşlandıqca maddələr mübadiləsi təbii olaraq yavaşlayır, odur ki, illər keçdikcə köklüyün qarşısını almaq daha çətin olur. İdman ümumi kalorini daha sürətlə yandırmağa və sabit sağlam çəkini saxlamağa kömək edir. Əzələ nə qədər çox olarsa, o qədər sürətli kalori yandırarsınız, buna görə güc məşqləri etməyi unutmayın. Üstəlik, günün əvvəlində idman edirsinizsə, maddələr mübadiləsi gün ərzində öz sürətini qoruyub saxlayacaq.

İdman ömrü uzada bilər

İdman xromosomlarınızın qocalma prosesini dayandıra bilər. Bunun səbəbi yaşlanmaya nəzarət edən xromosomların ucundakı telomerlərdir. Telomerlər yaşla qısalır, daha uzun telomerlər uzunömürlülüklə əlaqələndirilir. Son tədqiqatlar müntəzəm məşqlə telomerlərin uzanması arasında bir əlaqə olduğunu göstərir və idmanın ömrü uzada biləcəyi iddia olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            492 06.08.21 23:14