SOCAR Pakistanı hansı şərtlərlə maye qazla təmin edəcək? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

SOCAR Pakistanı hansı şərtlərlə maye qazla təmin edəcək?

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Pakistanı G2G (Government to Government - dövlətlərarası e-ticarət) sazişinə əsasən maye qazla təmin edəcək.

Bu barədə “Dawn News” məlumat yayıb.

Dövlət Neft Şirkəti (SOCAR) “Pakistan LNG Ltd” (PLL) və Pakistan Dövlət Neft Şirkətinə (PSO) il boyu benzin və LNG (maye qaz) yüklərinin kreditlə tədarükünü təklif edib. Saziş iki ölkə arasındakı strateji dostluq münasibətlərinə əsasən tənzimlənib.

“Socar Trading” 15-16 fevral tarixlərində müqavilə əsasında LNG yüklərinin müqaviləyə əsasən Pakistana çatdırılacağını təsdiqləyib.

SOCAR-ın uzunmüddətli benzin və LNG təchizatı ilə bağlı təklif irəli sürdüyü təsdiq edilib və təklif hər iki tərəf üçün ticari cəhətdən məqbul şərtlərə əsaslanıb.

Qeyd edək ki, 2020-ci ilin sonunda Pakistan təbii maye qaz (LNG) yükünün idxalı üçün tender elan edib. Tenderin qalibləri arasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti - SOCAR da olub. “Pakistan LNG” Ltd-nın elan etdiyi tenderdə SOCAR-la yanaşı “Vitol” və “Trafigura” şirkətləri də i.ştirak edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            606 01.02.21 22:46