Koronavirusun mutasiyası davam edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Koronavirusun mutasiyası davam edəcək

COVID-19-un mutasiyası prosesi gələcəkdə də davam edəcək.

Median.Az xəbər verir ki, belə bir əminliklə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove bazar ertəsi keçirdiyi brifinqdə çıxış edib.

"Mutasiya davam edir”, - o qeyd edib: “Mutasiya – bu, təbii prosesdir. Virus özü özlüyündə xüsusi olaraq təsir etmir, ancaq biz bu variantları, həmçinin ötürülmə potensialı nöqteyi-nəzərindən araşdırmağı davam etdirməliyik".

Van Kerkhove vurğulayıb ki, ÜST vəziyyəti diqqətlə müşahidə etməyə və mutasiyaları araşdıran dünya alimləri ilə işləməyə davam edir. Bundan başqa, ekspert əlavə edib ki "təşkilatın özünün koronavirusun yeni variantlarının tədqiqatını aparan mütəxəssis qrupları var". "Onların işinin nəticələri yaxın günlərdə və həftələrdə alınacaq", - o deyib.

Xatırladaq ki, dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə Nazirliyinin başçısı Mett Henkok ölkəsinin alimləri tərəfindən koronavirusun yeni ştammının üzə çıxarılması haqqında bildirib. Yeni ştamm İngiltərənin cənub-şərq hissəsində sürətlə yayılmağa başlayıb. İlkin məlumatlara görə, koronavirusun yeni variantı 70% daha yoluxucudur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 419 28.12.20 23:11