2020-ci ilin ən etibarsız şifrələrinin reytinqi təqdim olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

2020-ci ilin ən etibarsız şifrələrinin reytinqi təqdim olunub

İnsanlar demək olar bütün şəxsi məlumatlarını internetdə saxlayırlar. Lakin həmin insanların çox az hissəsi öz məlumatlarının təhlükəsizliyi barəsində düşünür. Bu məsələdə ən geniş yayılmış səhv qərar etibarsız şifrələrdən istifadədir. NordPass adlı şifrələr menecerinin tərtibatçıları insanlar tərəfindən hansı şifrələrin daha çox istifadə olunduqlarını söyləyiblər. Bu barədə Gizmochina saytı xəbə verib.

NordPass tərtibatçılarının sözlərinə əsasən milyonlarla insan öz istifadəçi hesablarına daxil olmaq üçün hələ də "123456" və "password" kimi etibarsız şifrələrdən istifadə edir. Bu cür şifrələr hər il ən etibarsız şifrələr kimi reytinqlərdə birinci pillələrdə qərarlaşırlar. Bu isə onu sübut edir ki, insanlar bu cür şifrələrin istifadəsindən imtina etmək niyyətində deyillər. NordPass tərtibatçılarının fikirlərinə əsasən 2020-ci ilin ən etibarsız şifrələr reytinqi aşağıdakı kimidir:

- 123456

- 123456789

- picture1

- password

- 12345678

- 111111

- 123123

- 12345

- 1234567890

- senha

- 1234567

- qwerty

- abc123

- Million2

- 000000

- 1234

- iloveyou

- aaron431

- password1

- qqww1122.

İstifadəçilərin əksəriyyəti öz şəxsi məlumatlarını qorumaq üçün qəliz kombinasiyaya sahib şifrələri yadda saxlamaq istəmir. Bu problemi isə şifrələrin menecerləri artıq çoxdan aradan qaldırıblar. Bu cür servislər şifrə kombinasiyalarının hamısını özündə saxlayır və beləliklə istifadəçilər qəliz şifrə kombinasiyalarını yadda saxlamaq zəruriyyətindən azad olurlar. Bundan əlavə olaraq istifadəçilər öz şəxsi məlumatlarını qorumaq üçün mütləq iki faktorulu autentifikasiyadan istifadə etməlidirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 080 21.11.20 21:56