Sentyabr ayında illik inflyasiya 2,6 faiz təşkil edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |     11:53 Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi  |    

Sentyabr ayında illik inflyasiya 2,6 faiz təşkil edib

Rəsmi statistikaya görə sentyabr ayında illik inflyasiya 2,6 faiz təşkil edib.

Mərkəzi Bankdan verilən məlumata əsasən, son bir ildə istehlak səbətinə daxil olan məhsulların 9,2 faizinin qiyməti dəyişməyib, 10,8 faizinin qiyməti isə aşağı düşüb.

Bahalaşan məhsulların 55 faizinin qiymət artımı 2 faizdən aşağı olub.

Ərzaq inflyasiyası illik 4,3 faiz təşkil edib. Daxili ərzaq inflyasiyasının səngiməsi dünya ərzaq qiymətlərinin son 12 ayda 5 faiz artması fonunda baş verib.

Qeyri-ərzaq məhsullarının qiymətləri son ayda dəyişməyib, xidmətlər 0,1 faiz bahalaşıb. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətlərinin illik dəyişimi müvafiq olaraq 1,4 faiz və 1,2 faiz təşkil edib.

İnflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətlərdə dəyişib. Real sektor müəssisələri üzrə monitorinqin nəticələrinə görə sentyabrda ötən aya nəzərən inflyasiya gözləntiləri qeyri-neft sənayesi və ticarət sahələrində artıb, xidmət sektorunda azalıb, tikinti sektorunda isə demək olar ki, dəyişməyib.

Ev təsərrüfatları arasında sentyabrda aparılan sorğuya görə inflyasiyanın artacağını gözləyən respondentlərin payı 25 faiz təşkil edib. Bu da iyun üzrə analoji göstərici ilə müqayisədə 7 faiz azdır. Bütövlükdə bütün iqtisadi subyektlər üzrə inflyasiya gözləntiləri faktiki göstəricilərə yaxın formalaşır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            540 02.11.20 11:21