Abşeronda qızıla görə nənəsini öldürən nəvənin məhkəməsi başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Qazaxıstan, Rusiya və Çin Moskva yaxınlığında nəqliyyat qovşağı tikəcək  |     22:36 Həbsdə olan və həbsdə ölən icra başçıları - SİYAHI  |     22:29 Gəncədə kişi yerlisini güllələdi  |     22:26 Mükəmməl yay içkisi: Çiyələkli limonad resepti  |     22:18 İt yatanda sahiblərinin etdiyi 3 SƏHV  |     22:10 İsrail ordusu HƏMAS-ın UNRWA məktəbinin ərazisindəki obyektinə zərbə endirib  |     22:04 Ermənilər Üzeyir Hacıbəylinin əsərini oğurladı - Azərbaycan hərəkətə keçdi  |     21:55 Sosial təminat xərclərində 160 milyon manatlıq azalmanın səbəbi nədir?  |     21:48 Vladimir Putin: ABŞ-nin dünya iqtisadiyyatına 54 trilyon dollardan çox borcu var  |     21:34 Soçidə 15 il əvvəl törədilən qətldə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb  |     21:25 Kroos "Real"ın akademiyasında işləyəcək  |     21:19 “Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli film çəkiləcək  |     21:11 Teleqramda daxili valyuta yaradılıb  |     21:01 Ermənistan parlamentinin spikeri ATƏT-in Minsk qrupu ilə bağlı: "Mənasını itirəcək"  |     21:00 Gəncədə Kəlbəcər sakini güllələnərək öldürülüb  |     20:35 AK Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq üçün müsbət qiymətləndirmə təqdim edib  |     20:17 AQTA-dan monitorinq - 250 dönərxananın 249-da nöqsan aşkarlandı  |     19:51 XİN: Ermənistanın Azərbaycanın sülh prosesində səmimiliyini şübhə altına almağa mənəvi əsası yoxdur  |     19:34 İlon Mask "Tesla"dan ayrıla bilər  |     18:47 Sabahla bağlı XƏBƏRDARLIQ - Orta risk gözlənilir…  |    

Abşeronda qızıla görə nənəsini öldürən nəvənin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Nihat Muradovun (2000-ci il təv.) CM-nin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, bu yanvarın 8-də Abşeron RPŞ-nin və rayon prokurorluğunun əməkdaşları Saray qəsəbəsində yaşayan Nicat Muradovun evində, Qax rayon sakini olan qayınanası Xədicəbəyim Seyidəliyevanın (1951-ci il təv.) üzərində kəsilmiş-dəşilmiş xəsarətləri olan meyitini aşkar ediblər. Yaşayış sahəsinə baxış zamanı, evdən qızıl əşyaların oğurlanması da müəyyənləşdirilib.

Həmin gün keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən ev sahibinin oğlu Nihat Muradov saxlanılaraq istintaqa təhvil verilib. Məlum olub ki, N. Muradov mərhumun nəvəsidir.

İstintaqın gedişatında cinayətin tamah məqsədilə törədilməsi müəyyən edilib və ondan qızıl əşyalar maddi sübut kimi götürülüb.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin tərkibi elan edilib.

İş üzrə baxış avqustun 9-na təyin olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 211 26.07.18 15:09