Almaniya millisinin futbolçusu Toni Kroos karyerasını bitirdikdən sonra İspaniyanın "Real" klubunun akademiyasında işləyəcək.
34 yaşlı yarımmüdafiəçi bu barədə “Kicker” nəşrinə müsahibəsində deyib.
Təcrübəli oyunçu daha əvvəl ölkəsində təşkil olunacaq Avropa çempionatından sonra futbolla vidalaşacağını açıqlamışdı.
Qeyd edək ki, Kroos 2014-cü ildən İspaniya klubunda çıxış edir.