SOSİAL Lənkərandakı dəhşətli qəzanın görüntüləri - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Qazaxıstan, Rusiya və Çin Moskva yaxınlığında nəqliyyat qovşağı tikəcək  |     22:36 Həbsdə olan və həbsdə ölən icra başçıları - SİYAHI  |     22:29 Gəncədə kişi yerlisini güllələdi  |     22:26 Mükəmməl yay içkisi: Çiyələkli limonad resepti  |     22:18 İt yatanda sahiblərinin etdiyi 3 SƏHV  |     22:10 İsrail ordusu HƏMAS-ın UNRWA məktəbinin ərazisindəki obyektinə zərbə endirib  |     22:04 Ermənilər Üzeyir Hacıbəylinin əsərini oğurladı - Azərbaycan hərəkətə keçdi  |     21:55 Sosial təminat xərclərində 160 milyon manatlıq azalmanın səbəbi nədir?  |     21:48 Vladimir Putin: ABŞ-nin dünya iqtisadiyyatına 54 trilyon dollardan çox borcu var  |     21:34 Soçidə 15 il əvvəl törədilən qətldə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb  |     21:25 Kroos "Real"ın akademiyasında işləyəcək  |     21:19 “Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli film çəkiləcək  |     21:11 Teleqramda daxili valyuta yaradılıb  |     21:01 Ermənistan parlamentinin spikeri ATƏT-in Minsk qrupu ilə bağlı: "Mənasını itirəcək"  |     21:00 Gəncədə Kəlbəcər sakini güllələnərək öldürülüb  |     20:35 AK Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq üçün müsbət qiymətləndirmə təqdim edib  |     20:17 AQTA-dan monitorinq - 250 dönərxananın 249-da nöqsan aşkarlandı  |     19:51 XİN: Ermənistanın Azərbaycanın sülh prosesində səmimiliyini şübhə altına almağa mənəvi əsası yoxdur  |     19:34 İlon Mask "Tesla"dan ayrıla bilər  |     18:47 Sabahla bağlı XƏBƏRDARLIQ - Orta risk gözlənilir…  |    

SOSİAL Lənkərandakı dəhşətli qəzanın görüntüləri - VİDEO

Bakı-Lənkəran sərnişin mikroavtobusu qəzaya düşüb.

Median.Az
ARB TV-yə istinadən xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində Ələt-Astara magistralının Lənkəranın Ürgə kəndi ərazisindən keçən hissəsində baş verib.

Lənkəran-Bakı reysi üzrə hərəkətdə olan "Ford" markalı sərnişin mikroavtobusu "KİA" markalı avtomobillə toqquşub. Toqquşma zamanı mikroavtobus yolun kənarına aşıb, nəticədə mikroavtobusda olan sərnişinlərdən 9 nəfəri xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza zamanı xəsarət alanlar Lənkəran rayonunun Bəliton kənd sakini 58 yaşlı Bəsdiqız Abbasova, onun oğlu, 25 yaşlı Rəşid Abbasov, Lənkəran şəhər sakini, 62 yaşlı Adıgözəl Rzayev, onun həyat yoldaşı, 59 yaşlı Şahnaz Rzayeva, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 43 yaşlı İlhamə Hüseynova, Lənkəran rayonunun Vilvan kənd sakini, 18 yaşlı Əli Həsənov, Lənkəran şəhər sakini, 67 yaşlı Namiq Qarayev, Bakı şəhər sakini, 23 yaşlı Samirə Rzayeva və 23 yaşlı Rəşad Rzayevdir.

Ehtiram Qənbərov (Mikroavtobusun sürücüsü): "Saat 12:00 radələrində Bakıya çıxırdım. Göyşəbanın dairəsini keçəndən sona üzü Ürgə kəndinə tərəf gedirdim. Yolun kənarında xarici maşın dayanmışdı. Mən onu ötən vaxtı o, qarşıda döndü. Dönən kimi mən öz maşınımı saxlaya bilmədim, maşın aşdı".

Qeyd edək ki, "KİA" markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 408 13.01.18 15:13