Leyla Abdullayeva: Ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Leyla Abdullayeva: Ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır

Ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır.

Median.Az
bildirir ki, bunu Azərbaycan XİN mətbuat katibi Leyla Abdullayeva deyib.

L.Abdullayeva qeyd edib: "Hər şeydən öncə onu qeyd etmək istərdim ki, ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və burada yaradılmış qondarma separatçı rejim dünyanın heç bir suveren dövləti, hətta işğalçı Ermənistan tərəfindən belə tanınmır.

O ki, qaldı Avstraliyanın rəsmi mövqeyinə vurğulamaq istərdim ki, Avstraliya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və bu barədə ölkə rəsmiləri dəfələrlə bəyanatlarında, eləcə də Azərbaycana ünvanlanmış rəsmi məktub və notalarında qeyd ediblər. Avstraliyanın sabiq Xarici İşlər naziri 2015-ci ildə Avstraliyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstklədiyini və Dağlıq Qarabağın işğalına son verilməsinin tərəfdarı olduğunu bəyan etmişdir. 2017-ci ildə Avstraliyanın Beynəlxalq İnkişaf və Sakit okean üzrə naziri ölkəmizə səfəri çərçivəsində Avstraliyanın məlum mövqeyini birmənalı şəkildə ifadə etmişdir. Ən son bu yaxınlarda, cari ilin 29 may tarixində Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqovun Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı məktubunda ölkənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə münasibətdə nümayiş etdirdiyi qəti dəstək mövqeyi öz əksini tapmışdır.

Avstraliyanın Yeni Cənubi Uels ştatının erməni əsilli baş nazirinin söylədiklərinə gəldikdə isə, onun fikirlərinin Avstraliya Federal Hökumətinin rəyini əks etdirmədiyini vurğulamaq və ümumiyyətlə, federal hökumətin xarici siyasətinin formlaşdırılmasında ştat rəsmilərinin nə dərəcədə iştirak etdiklərini sual altına almaq istərdim. Yeni Cənubi Uelsin baş nazirinin Ermənistanda etdiyi bəyanatlar açıq şəkildə federal hökumətin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir və fikrimizcə, bu xüsusda ştat rəsmisinə təmsil etdiyi dövlətin xarici siyasət kursuna uyğun davranması ilə bağlı xəbərdarlıq edilməlidir.

Xatırlatmaq istərdim ki, erməni əsilli ştat rəsmisi hələ 2013-cü ildə bu ölkənin nəqliyyat naziri qismində ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə icazəsiz səfər etdiyi üçün Azərbaycana girişi arzu olunmayan şəxslər siyahısına daxil edilib.

Ümumiyyətlə, Avstraliyadakı erməni lobbi qrupları son zamanlar Azərbaycanla Avstraliya arasında inkişaf etməkdə olan ikitərəfli münasibətlərdən narahatdırlar və bu münasibətlərin korlanmasına yönəlik addımlar atmağa cəhd edirlər. Lakin vurğulamaq istərdim ki, bu qrupların əsassız fəaliyyəti Azərbaycanla Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 216 19.07.19 23:14