Gürcüstandan “Keşikçidağ” qadağası - Hərbçilərə əmr verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Gürcüstandan “Keşikçidağ” qadağası - Hərbçilərə əmr verildi

“Keşikçidağ” monastır kompleksinə giriş iyulun 15-dən Gürcüstan tərəfdən məhdudlaşdırılıb.

Turistlərdən ibarət qrupları Azərbaycan-Gürcüstan sərhədindəki “Keşikçidağ” kompleksinə aparan bələdçilər məbədin bəzi obyektlərinə girişlə bağlı problemin yarandığını bildiriblər.

Bələdçilərdən biri İrakli Marukşavili deyib ki, turistlər iyulun 15-də Voskreseniya məbədinə və Çiçxituri qülləsinə qalxa bilməyiblər:
“Həmişəki kimi, yamacı keçmək istəsək də, təəssüf ki, indi buna icazə verilmir. İlk metal çəpərin başlandığı yerədək qalxmaq olur. Gürcüstanlı hərbçilər orada dayanıblar. Onlar bizə dedilər ki, uzaq məsafəyə buraxa bilməzlər. Onlara belə əmr verilib”.

Bələdçi Rusudan Caparidze isə deyib ki, bu gün keçirilmiş yığıncaqda Bələdçilər Assosiasiyasının üzvləri və turizm şirkətlərinin əməkdaşları eskalasiyadan qaçmaq üçün məbəd kompleksinə səfərləri dayandırmaq barədə razılığa gəliblər:

“Biz vəziyyətin gərginləşməsində maraqlı deyilik, problem diplomatik yolla həll edilməlidir”.

Xatırladaq ki, iyulun 14-də Gürcüstandan olan bir qrup şəxs Azərbaycan istiqamətində dövlət sərhədini pozaraq, ölkə ərazisində yerləşən “Keşikçidağ” mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum edib və onları nalayiq ifadələrlə təhqir edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 161 16.07.19 17:26