Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir

Tacikistan Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və dost Azərbaycanın bütün xalqını təbrik etməkdən böyük məmnunluq duyuram.

Azərbaycan Respublikası ilə dövlətlərarası münasibətlər Tacikistan Respublikasının xarici siyasi fəaliyyətində mühüm yer tutur.

Biz ölkələrimiz arasında son illərdə dinamik inkişaf edən və dərinləşən çoxşaxəli qarşılıqlı əlaqələrin indiki səviyyəsini yüksək qiymətləndiririk.

Əmin olduğumu bildirirəm ki, tərəflərin ali səviyyədə son danışıqları və görüşləri çərçivəsində əldə edilmiş razılaşmaların ardıcıl olaraq birlikdə reallaşdırılması əməkdaşlığın bütün sahələrində münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni zəfərlər, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzularımı bildirmək istəyirəm".

XXX

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovda:

"Hörmətli İlham Heydər oğlu. Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Qırğızıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Qırğızıstan qardaş Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir, qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə böyük əhəmiyyət verir.

Əminəm ki, Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra da möhkəmlənəcək, ölkələrimizin və xalqlarımızın rifahının yaxşılaşmasına şərait yaradacaq.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm".

XXX

Əlcəzair Prezidenti vəzifəsini icra edən Əbdülqadir bin Saleh Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri. Qardaş ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə Əlcəzair dövləti, hökuməti və xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Mən Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə bundan sonra da sülh, sabitlik, tərəqqi və firavanlıq şəraitində yaşamağı arzu edirəm.

Cari ildə bu əlamətdar günün qeyd olunması həm də ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf edir. Bu münasibətlər ölkələrimiz arasında əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan ikitərəfli əlaqələrin, eləcə də hər iki ölkə üçün maraq doğuran məsələlərlə bağlı həm beynəlxalq, həm də regional forumlarda səmərəli əməkdaşlığın inkişafına təkan vermiş və xalqlarımız arasındakı tarixi münasibətlər daha da möhkəmlənmişdir.

Mən bu xoş fürsətdən istifadə edərək Əlcəzair və Azərbaycan dövlətləri arasında mövcud olan qardaşlıq və əməkdaşlıq münasibətlərini möhkəmləndirmək, eləcə də bu münasibətləri qardaş xalqlarımızın ortaq maraqları naminə ən yüksək səviyyələrə qaldırmaq istiqamətində birgə səylərimizi davam etdirməyi qətiyyətlə dəstəklədiyimi bildirirəm.

Sizə bir daha ən səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, icazə verin Sizə ən yüksək ehtiramımı bildirim".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 532 22.05.19 21:59