Leyla Abdullayeva: "Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar üç istiqamətdə aparılır" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Leyla Abdullayeva: "Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar üç istiqamətdə aparılır"

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar üç istiqamətdə aparılır.

Median.Az
bildirir ki, bunu Trend-ə "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, birinci istiqamət siyasi və təhlükəsizlik istiqamətidir. İkinci istiqamət iqtisadi və ticari məsələləri əhatə edir. Üçüncü istiqamət isə sektoral əməkdaşlıq adlanır, yəni müxtəlif sahələrdə Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs edir:

"Sazişin mətninin böyük hissəsi, demək olar ki, 90 faizindən çoxu razılaşdırılıb, yerdə qalan məsələlər üzərində danışıqlar davam etdirilir. Sazişin nə vaxt imzalanması böyük əhəmiyyət kəsb etmir. Bizim üçün ən vacibi keyfiyyət məsələsidir və maraqlarımıza cavab verən bir sazişin əldə olunmasıdır. Azərbaycan tərəfi öz mövqeyini ifadə etdi ki, əgər bu geniş sənəd olacaqsa, "Şərq Tərəfdaşlığı" Proqramında iştirakçı ölkələrin marağında olan və prinsipal xarakter daşıyan məsələlər burada öz əksini tapmalıdır. Necə ki bundan əvvəl "Şərq Tərəfdaşlığı" sammitlərinin nəticəsində qəbul olunmuş yekun bəyanatlarda bu məsələlərə yer ayrılır. O cümlədən ən vacib məqam ərazi bütövlüyü ilə bağlıdır. Bu sənəddə "Şərq Tərəfdaşlığı"nın bundan öncə keçirilmiş zirvə toplantılarının yekununda qəbul edilmiş sənədlərə istinad edildi. Həmin sənədlərdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə olunub".

L.Abdullayeva əlavə edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə illər boyu aparılan danışıqlarda əsas məqamlar bəllidir: "Bu gün əsas problem işğalçı ölkənin, yəni Ermənistanın bu məsələdə konkret siyasi iradə göstərməməsidir. Siyasi iradə olarsa, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərində qeyd olunduğu kimi Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılarsa və didərgin salınmış azərbaycanlılar bu ərazilərə geri qayıdarsa, bundan sonra konkret irəliləyiş əldə olunacaq və bölgədə sülh və təhlükəsizlik təmin olunacaq".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 186 20.05.19 20:50