Rəsmi Bakı Hindistan-Pakistan münaqişəsində kimin tərəfindədir? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:47 İsrail ordusu Dəməşqin ətraf bölgələrini atəşə tutub  |     22:40 2025-ci il bu 3 bürcə uğursuzluq gətirə bilər - sevdiyiniz şəxs...  |     22:33 Anasını evdə başqa kişiylə tutduğuna görə öldürüb - Bakıdakı dəhşətli cinayətin TƏFƏRRÜATI - FOTO  |     22:26 Etibarnamə ilə bağlı problem həll olundu - DİN-dən açıqlama - VİDEO  |     22:18 Tokayev: Azərbaycan və Ermənistanın münasibətlərdə yeni səhifə açmaq istəyini dəstəkləyirik  |     22:11 Mədəniyyət Nazirliyində xalq artisti Yalçın Adıgözəlovla görüş olub  |     22:03 Zaqatalada ağır qəza: xəsarət alan 4 nəfərin vəziyyəti AÇIQLANDI  |     21:55 Yollarda təhlükə yaradan velosipedçilər cərimələnəcək - RƏSMİ AÇIQLAMA  |     21:49 Axtarışda olan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi  |     21:41 İspaniyada ölənlərin sayı 217-ə çatdı - 30 mindən çox...  |     21:34 Azərbaycanda yayılan virus nədir?  |     21:27 Azərbaycanda toy yasa qarışdı: tanınmış həkim qızının şad günündə ÖLDÜ  |     21:20 Tablolarında öz qanını boya kimi istifadə edən rəssamıninanılmaz həyat hekayəsi - FOTO  |     21:13 20 yaşlı oğlan anasını amansızlıqla qətlə yetirdi  |     21:06 Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub  |     20:59 Qadın voleybolçular arasında Azərbaycan Kubokunun sahibi bəlli olub  |     20:53 ISESCO Bakıda keçiriləcək COP29-un işində fəal iştirak edəcək  |     20:45 Tbilisidə müxalif partiyalar parlamentin qarşısında etiraz aksiyası keçirir  |     20:38 Zakir Həsənov Slovakiyada səfərdədir  |     20:30 Anar Ələkbərov Klaudio Qucerotti ilə görüşdü - Foto  |    

Rəsmi Bakı Hindistan-Pakistan münaqişəsində kimin tərəfindədir? - AÇIQLAMA

Azərbaycan Cənubi Asiyada sülh və təhlükəsizlik üçün zəruri olan Cəmmu və Kəşmir mübahisəsinin sülh yolu ilə həllini dəstəkləyir.

Bunu oxu.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

XİN rəsmisi bildirib ki, Azərbaycan Hindistan və Pakistanı vəziyyətin daha da gərginləşməsindən çəkinməyə çağıran ölkələrin səsinə qoşulur.

“Azərbaycan Cəmmu və Kəşmir mübahisəsinin sülh yolu ilə həllini dəstəkləyir. Ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bölgədə zorakılığa son qoyulması, eləcə də, sülh, təhlükəsizlik və rifahın təmin olunmasına yönələn bütün səyləri dəstəkləyir”, - deyə Leyla Abdullayeva qeyd edib.

Qeyd edək ki, Pakistanla Hindistan arasında gərginlik yaranıb. Buna səbəb Hindistan təyyarəsinin Pakistanın hava məkanını pozması olub. Pakistan Hindistanın nəzarətində olan mübahisəli Kəşmir bölgəsinin hava məkanında uçan Hindistan hava qüvvələrinə aid iki qırıcını vurub. Cavab olaraq isə Hindistan Pakistan qırıcısını vurub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 665 28.02.19 12:13