Zaqatalada baş verən yol qəzası zamanı xəsarət alanların vəziyyəti məlum olub.
TƏBİB-dən bildirilib ki, 04.11.2024-cü il tarixində saat 12.30 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (3-ü qadın cinsli, 2-si kişi cinsli olmaqla) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1992-ci il təvəllüdlü şəxsin (qadın cinsli) müalicəsi Cərrahiyə şöbəsində davam etdirilir. Digər xəsarət alanlara isə tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar",- qurumdan əlavə edilib.
***
Zaqatalada minik avtomobilləri toqquşub.
Median.Az apa-ya istinadən xəbər verir ki, hadisə Zaqatala şəhəri ərazisində baş verib.
İki VAZ-2107 markalı minik avtomobilinin toqquşması nəticəsində biri azyaşlı olmaqla, dörd nəfərin xəsarət aldığı bildirilir.
Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.