Mojo.az Banner
23:00 Tiktoker Müjgan polisə çağırıldı  |     22:51 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi  |     22:46 Almaniya Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı alqışlayır  |     22:39 İnterneti həqiqətən kim icad edib? - "Google"un gizlətdiyi qaranlıq TARİX  |     22:31 İmtahanlarda iştirakla bağlı xidməthaqqı ödəniləcək  |     22:27 Hansı ölkədə orta əməkhaqqına daha çox ət almaq olur? - FOTO  |     22:21 Polkovnik Vidadi Orucov vəfat etdi  |     22:13 Yer kürəsində ulduzlara ən yaxın nöqtə hansıdır?  |     22:08 Qırıcılar havaya qalxdı - Trampdan İrana son xəbərdarlıq (Video)  |     22:00 Fatih Ürek vəfat etdi  |     21:55 Universitet müəllimi dünyasını dəyişdi  |     21:48 Avstriya Azərbaycandan neft idxalını 2 dəfədən çox artırdı  |     21:42 Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq  |     21:37 "Qarabağ" - "Nyukasl" matçının başlama saatı müəyyənləşdi  |     21:29 Bu üç cihazı elektrik şəbəkəsindən ayırmaq olmaz  |     21:24 Qusarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün iki çoxmənzilli yaşayış binası inşa olunur  |     21:15 "Dəniz" kafesində oğurluq: "Özündə olmayan" usta 125 manat oğurlayıb  |     21:08 Süleyman Mikayılov adı çəkilməsin deyə tapşırıq verib, kömək vəd edibmiş?  |     21:02 Qanunsuz silah-sursat aşkarlandı  |     20:56 Gəncədə “Mercedes” yandı  |    
Left Banner
Right Banner

Dövlət himni bundan sonra farağat vəziyyətdə oxunub dinləniləcək

19.02.2019 13:00 2 629
Dövlət himni bundan sonra farağat vəziyyətdə oxunub dinləniləcək
“Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihəsində dövlət himninin mütləq ifa edildiyi hallar və həmin hallarda ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər konkretləşib.

Layihəyə əsasən, himn aşağıdakı hallarda mütləq ifa edilir:

- Azərbaycan Prezidenti seçilən şəxsin andiçmə mərasimində (Prezident and içdikdən sonra), Prezidentin Milli Məclisin iclaslarına gəldiyi zaman,

- Milli Məclisin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı,

- Naxçıvan Ali Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı,

- Azərbaycanın bayramlarına həsr edilən təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı,

- Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda, Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və milli qəhrəmanların abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı, dövlət orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycanın dövlət bayrağı qaldırılarkən və ya asılarkən),

- Azərbaycana rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin dövlət himni ifa edildikdən sonra).

Bununla yanaşı, Azərbaycanın dövlət himni musiqisinə uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin, səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

Himn ifa edildikdə Azərbaycanın vətəndaşları himni ayaqüstə, farağat vəziyyətdə, sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar.

Eyni zamanda, himn ifa edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər himni ayaqüstə, farağat vəziyyətdə və sona qədər dinləməlidirlər.

Bundan əlavə, həmçinin, “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” qanun layihəsində də dövlət gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşdirilib.

Qanun layihəsində qeyd olunur ki, dövlət gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir. Bununla yanaşı, sənəddə göstərilir ki, dövlət gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır.

Qanun layihəsinə əsasən, tələbləri pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, dövlət gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.
//oxu.az
скачать dle 11.3