“Münaqişənin qızışdırılmasına imkan verməyəcəyik” - Çeçen nazir » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:00 Şagird məktəb yoldaşını xəstəxanalıq etdi  |     22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |    

“Münaqişənin qızışdırılmasına imkan verməyəcəyik” - Çeçen nazir

Azərbaycanlılarla çeçenlər arasında münaqişənin yaranmasında maraqlar barədə bir neçə versiya ola bilər və bu versiyaların hər biri mümkündür.

Median.Az
xəbər verir ki, bunu Trend-ə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov Moskvada baş vermiş insidenti şərh edərkən deyib.

Nazirin sözlərinə görə, bu insident Rusiyada yaşayan iki nüfuzlu icmanı bir-birindən küsdürmək və bununla etnik zəmində toqquşmalar yaratmaq cəhdidir:

“Birincisi, biz buna imkan verməyəcəyik. İkincisi, konkret olaraq Azərbaycan və çeçen xalqlarının ünvanına demək istəyirəm ki, kriminal strukturların münaqişələrinin əcdadlarımızın yaratdığı möhkəm qardaşlığı dağıtmasına imkan verməyəcəyik. Biz böyük sivilizasiyanın, böyük mədəniyyətin, Qafqaz adlanan vahid məkanda yaşayan xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin varisləriyik”.

Daha sonra nazir Azərbaycan xalqına səslənib:

“Mən Azərbaycan xalqının ünvanına demək istəyirəm: Sənə sülh arzu edirəm, Azərbaycan. Azərbaycan xalqını təhqir edən və ya azərbaycanlıların adından çeçen xalqını təhqir edən hər kəs cəzalandırılacaq. Biz bu barədə azərbaycanlı qardaşlarımızla çoxdan razılığa gəlmişik və bütün hüquqazidd əməllərin qarşısını alacağıq”.

C.Umarov əlavə edib ki, cinayətkarlıq heç vaxt Azərbaycan və Çeçenistanın qardaş xalqları arasında inkişaf və mehriban qonşuluq yolunda maneə olmayacaq.

Qeyd edək ki, fevralın 14-də Moskvada "Neolit" kafesinin yanında silahlı münaqişə baş verib. Hadisə yerinə gələn polis dava iştirakçılarından 18 nəfəri tutub.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 693 16.02.19 21:40