““Polis qorxdu” kimi fikirlər gerçəklikdən çox uzaqdır” - Ramil Usubov » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:37 Laçında hərbçilərin iştirakı ilə yürüş təşkil olunub  |     12:40 Dövlət Bayrağı Meydanında üçrəngli bayrağımız qaldırıldı  |     12:38 Xankəndi şəhərində Zəfər Günü münasibətilə yürüş keçirilir  |     12:21 "Windows"da "Paint" və "Notepad"da süni intellekt funksiyaları yarandı  |     23:04 Unun qiyməti ARTDI – Çörək də BAHALAŞACAQ?  |     22:45 COP29-da Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək şəxsin adı açıqlanıb  |     22:22 Rusiyanın Zaporojya bölgəsinə hücumu onkoloji mərkəzə ziyan vurub, 4 nəfər ölüb  |     21:59 "Budyo Qlimt" - "Qarabağ" oyunu start götürüb  |     21:35 Gəncədə avtomobil tibb işçisini vuraraq öldürüb  |     21:20 ABŞ-da 40 eksperimental meymun laboratoriyadan qaçdı  |     21:11 İsrail qırıcıların alınması ilə bağlı 5,2 milyard dollarlıq saziş imzalayıb  |     21:01 Bu univermağın fəaliyyəti dayandırıldı - VİDEO  |     20:55 Elza Seyidcahan: "Rəfaellə Coşqun qızıllarımı qaytarmır"  |     20:40 Sabahdan məktəblilərin 17 günlük tətili başlayır  |     20:34 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib  |     20:27 Ərdoğan və Paşinyan Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşüblər  |     20:19 Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən kranın istismarı dayandırılıb - VİDEO  |     20:12 Şarl Mişel COP29-da iştirak edəcək  |     20:04 Dünyanın 21 yaşadək ən bahalı futbolçularının siyahısı açıqlanıb  |     19:57 Azərbaycanın dövlət qurumlarına kiberhücumlar oktyabrda azalıb  |    

““Polis qorxdu” kimi fikirlər gerçəklikdən çox uzaqdır” - Ramil Usubov

Yanvarın 28-də Daxili İşlər Nazirliyində 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Median.az
xəbər verir ki, iclasda hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov son günlər əsasən radikal müxalifəti təmsil edən destruktiv qüvvələrin paytaxtda guya icazəli mitinq keçirmək adı altında polis əməkdaşları ilə bilərəkdən qarşıdurma yaratmaqla, vətəndaşların istirahət hüquqlarını, sabitliyi, əmin-amanlığı, ictimai qaydanı kobud şəkildə pozmaqla, insanlarda qorxu və çaşqınlıq yaratmaqla müşayiət olunan hüquqazidd əməllərinə münasibət bildirib.

O, son günlər özlərini yenidən gündəmə gətirmək istəyən müxalifət düşərgəsinin bəzi mənsublarının səsləndirdikləri, “polis qorxdu”, “hökumət geri çəkildi” kimi öz ətraflarını cürətləndirmək arzusundan doğan fikirlərin gerçəklikdən çox uzaq, heç vaxt reallaşmayacaq bir arzu olduğunu xatırladıb.

DİN rəhbəri qətiyyətlə bəyan edib ki, daxili işlər orqanları siyasi baxışlarından, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq bütün vətəndaşlarımızın əmin-amanlığını, ölkəmizdəki sabitliyi istənilən təhdidlərdən, fürsətçi kəslərin və macəra axtaranların təxribatçı, avantürist hərəkətlərindən qoruyub, bundan sonra da qətiyyətlə qorumaqda davam edəcək, heç kəsin qanunazidd əməllərə əl atmaq cəhdlərinə imkan verilməyəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 723 28.01.19 20:57