Yeni layihələr parlamentin gündəmində » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:37 Laçında hərbçilərin iştirakı ilə yürüş təşkil olunub  |     12:40 Dövlət Bayrağı Meydanında üçrəngli bayrağımız qaldırıldı  |     12:38 Xankəndi şəhərində Zəfər Günü münasibətilə yürüş keçirilir  |     12:21 "Windows"da "Paint" və "Notepad"da süni intellekt funksiyaları yarandı  |     23:04 Unun qiyməti ARTDI – Çörək də BAHALAŞACAQ?  |     22:45 COP29-da Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək şəxsin adı açıqlanıb  |     22:22 Rusiyanın Zaporojya bölgəsinə hücumu onkoloji mərkəzə ziyan vurub, 4 nəfər ölüb  |     21:59 "Budyo Qlimt" - "Qarabağ" oyunu start götürüb  |     21:35 Gəncədə avtomobil tibb işçisini vuraraq öldürüb  |     21:20 ABŞ-da 40 eksperimental meymun laboratoriyadan qaçdı  |     21:11 İsrail qırıcıların alınması ilə bağlı 5,2 milyard dollarlıq saziş imzalayıb  |     21:01 Bu univermağın fəaliyyəti dayandırıldı - VİDEO  |     20:55 Elza Seyidcahan: "Rəfaellə Coşqun qızıllarımı qaytarmır"  |     20:40 Sabahdan məktəblilərin 17 günlük tətili başlayır  |     20:34 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib  |     20:27 Ərdoğan və Paşinyan Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşüblər  |     20:19 Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən kranın istismarı dayandırılıb - VİDEO  |     20:12 Şarl Mişel COP29-da iştirak edəcək  |     20:04 Dünyanın 21 yaşadək ən bahalı futbolçularının siyahısı açıqlanıb  |     19:57 Azərbaycanın dövlət qurumlarına kiberhücumlar oktyabrda azalıb  |    

Yeni layihələr parlamentin gündəmində

Bu gün Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin daha iki komitəsinin iclası keçirilir.

Bunlar Əmək və sosial siyasət, o cümlədən, Elm və təhsil komitələridir.

Hər iki komitənin iclasında öncə komitələrin 2018-ci ilin payız sessiyasındakı fəaliyyətləri ilə bağlı hesabatlarının və 2019-cu ilin yaz sessiyası ilə bağlı qanunvericilik işləri planının müzakirəsi nəzərdə tutulur.

Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında əsas müzakirə mövzusu olacaq sənəd “Turizm haqqında” yeni qanun layihəsidir.

Komitə bu sənədi yaz sessiyasında müzakirələrə çıxarmağı nəzərdə tutur.

Elm və təhsil komitəsinin əsas müzakirə predmeti isə son payız sessiyasında birinci oxunuşdan keçmiş “Ümumi təhsil haqqında” qanun layihəsinin ikinci və üçüncü oxunuşlarda qəbuludur.

Komitə “Təhsil kreditləri haqqında” qanun layihəsini hazırlayıb yaz sessiyasının müzakirələrinə çıxarmağı nəzərdə tutur.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 883 24.01.19 12:52