Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.
Müvafiq sərəncamı cümə günü, sentyabrın 28-də dövlət başçısı İlham Əliyev imzalayıb.
Sərəncamla həmçinin dörd nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, yeddi nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 7 nəfər “Tərəqqi”, 24 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.
Qeyd edək ki, 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günüdür.