Əli Əhmədovdan Paşinyana cavab: "Belə davam etsə..." » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:20 Vaşinqtonda aviaqəza: Helikopter pilotunun müəmmalı qərarı  |     16:19 Aktauda AZAL təyyarəsinin qəzasında həlak olanların xatirəsi anılıb  |     16:18 Yeni maliyyə naziri kollektivə təqdim edildi  |     16:16 Kürdəmir Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib  |     16:15 Daşkəsəndə bir yaşlı uşaq qızdırmadan ölüb  |     16:14 Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Quliyev dəfn edilib  |     16:13 Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədov dəfn edilib - FOTO  |     16:12 Nyu-Yorkda Kriştianu Ronaldunun heykəli ucaldılıb  |     16:11 Şahdağ yolunda "Hummer" AŞDI  |     16:11 BDYPİ-dən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT  |     16:05 Azərbaycandan Ukraynaya göndərilən humanitar yardım və yenidənqurmaya dəstək 40 milyon dolları keçib  |     16:02 45 azərbaycanlı Almaniyadan ölkəmizə qaytarıldı  |     15:59 Hərbi Prokurorluq: "Bu il hərbi sahədə qeydə alınmış cinayətlər 100 faiz açılıb"  |     15:58 Gəncə Reabilitasiya Mərkəzinin pasiyentinin müəmmalı ölümü: Döyüldüyü iddia edilir  |     15:57 İsmayıllıda kafedə dava - Söyüşə görə tanışını bıçaqladı  |     15:56 Paşinyan Birləşmiş Ştatların vitse-prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib  |     15:55 "Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb  |     15:54 Bakıda icra məmuru qəza törətdi - Ölən var  |     15:53 Hacıqabulda qatarda baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA  |     15:50 Argentinada 18 yaşından kiçik şəxslərlə bağlı mühüm qərar qəbul edildi  |    

Əli Əhmədovdan Paşinyana cavab: "Belə davam etsə..."

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Ermənistanın yeni baş naziri Nikol Paşinyanın fikirlərinə münasibət bildirib.

APA-nın məlumatına görə, Ə. Əhmədov deyib ki, N. Paşinyanın Azərbaycanla bağlı dedikləri nəinki rəsmi Bakı, dünya birliyi tərəfindən də pislənəcək.

Ə. Əhmədov bildirib ki, onsuz da Dağlıq Qarabağ münaqişəsinin mövcud olması Cənubi Qafqazda sülh və sabitliyə ciddi maneədir: “Paşinyanın reallığa uyğun olmayan, gərginliyin artmasına səbəb olacaq bəyanatlar verməsi Ermənistanın özünə ziyan vuracaq. Siz görürsünüz, həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkiləri oldu. Azərbaycanda seçkilərdən sonrakı ab-hava ondan ibarətdir ki, insanlar işləyir, fəallıq göstərir, istirahət günündə ağac əkir, iqtidarla birlik və seçkilərin nəticələrinə inam nümayiş etdirirlər. Bu, Azərbaycanın reallığıdır. Bir də var Ermənistan reallığı - narazılıq, nigarançılıq, qarşıdurmalar və sair. Nə qədər ki Ermənistan Azərbacanın işğal altındakı torpaqlarını azad etmək fikrindən uzaq olacaq, sərsəm bəyanatlar səsləndirəcək, bir o qədər də Ermənistanda vəziyyət gərgin olaraq qalacaq. Ermənistan dalana dirənmiş bir vəziyyətdədir, iqtisadi cəhətdən inkişaf etmək potensialı yoxdur. Münaqişənin nizama salınması daha çox Ermənistanın mənafeyinə uyğun gələrdi, onların vəziyyətinin düzəlməsinə səbəb ola bilərdi. Əgər bu gərginlikdən sonra hakimiyyətə gəlmiş qüvvə gərginliyin əsas səbəbi olan münaqişənin ədalətli şəkildə nizamlanmasının zəruriliyini dərk edə bilmirsə, hesab edirəm ki, bu, onun faciəsinin başlanğıcıdır. Əgər belə davam etsə, güman edirəm ki, çox yaxın zamanlarda xalq yenidən küçələrə axışıb hakimiyyətin dəyişdirilməsini tələb edəcək".

Qeyd edək ki, N. Paşinyan baş nazir seçildikdən sonra işğal olunmuş Azərbaycan ərazilərinə səfər edib. O, Dağlıq Qarabağ separatçılarının danışıqlarda tərəf kimi iştirakının zəruriliyini vurğulayıb. N. Paşinyan Dağlıq Qarabağın beynəlxalq aləm tərəfindən müstəqil dövlət kimi tanınması üçün səy göstərəcəyini də vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 827 12.05.18 16:50