"Azərbaycan və Rusiya arasında dövlət sərhəd nişanlarının qoyuluş mərasimi fevralda keçiriləcək".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə deyib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında sərhədin demarkasiya prosesi üzrə növbəti görüş fevralın 20-dən sonra Bakıda keçiriləcək.
Sonra sərhədin Qusar rayonu ərazisindəki hissəsində sərhəd nişanlarının qoyuluş mərasimi baş tutacaq.
Nazir müavini qeyd edib ki, Gürcüstanla dövlət sərhədinin delimitasiyası uzrə növbəti müzakirələr isə bu ilin birinci rübünə planlaşdırılır.
"Ekspert görüşü və komissiya çərçivəsində geniş müzakirələr aparılacaq", - Xələf Xələfov deyib.