Paşinyan: "Rusiya FTX-yə Zəngəzur yoluna monitorinq funksiyası verilə bilər" » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:32 İndoneziya sahillərində GÜCLÜ SİLKƏLƏNMƏ  |     11:26 2024-cü ildə televiziyalarda hansı məzmunda olan verilişlər yayımlanıb?  |     11:18 Bakıda tanınmış yazıçının meyiti tapıldı  |     23:05 Goranboyda 60 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     22:46 Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib  |     22:27 Azərbaycan hökumətindəki mənbə: Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub  |     22:25 Suriyanın keçmiş daxili işlər naziri yeni hökumətə təslim olub  |     22:12 Dövlət Komitəsi kremasiya mərkəzlərinin yaradılması ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ  |     21:49 Rusiya vətəndaşının 780 min manatını mənimsəyənə hökm oxundu  |     21:32 Kürdəmirdə 26 yaşlı oğlan atasının iş yerində ÖLDÜ  |     21:15 Rusiya Xarkova raket zərbələri endirib, ölən və yaralananlar var  |     20:59 Azərbaycanın “Avroviziya 2025” təmsilçisi açıqlandı  |     20:46 Aİ-nin Azərbaycana qarşı "Binokl diplomatiyası" davam edir - VİDEO  |     20:25 Qızılağacda qanunsuz ov edən şəxs saxlanıldı  |     20:15 Ərdoğan Suriya prezidenti ilə görüşüb  |     20:12 Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair araşdırmanın ilkin nəticələri dərc etdi  |     19:40 Konqoda meymunçiçəyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb  |     19:27 Bulvarda azyaşlını skuterlə vurdu, məhkəmə cəzalandırdı  |     19:23 "Bakı Gəmiqayırma Zavodu" cərimə olunur  |     19:08 İsveçdə məktəbdə atışma olub, beş nəfər yaralanıb  |    

Paşinyan: "Rusiya FTX-yə Zəngəzur yoluna monitorinq funksiyası verilə bilər"

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) nümayəndələrinə Sünikdəki (Zəngəzur - red.) yola yalnız monitorinq funksiyası verilə bilər.

Median.Az
-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Sülh kəsişməsi: təhlükəsizlik və demokratiyanı birləşdirərək" konfransında bildirib.

O, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndini sitat gətirərək, "nəqliyyat əlaqələrinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti orqanları həyata keçirir" cümləsinə diqqət çəkib.

Daha əvvəl Rusiyanın baş nazirinin müavini və üçtərəfli işçi qrupunun Rusiya tərəfindən həmsədri Aleksey Overçuk bildirmişdi ki, Rusiya həmişə Cənubi Qafqazda kommunikasiyaların açılması prosesinə Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsiplərinə əsaslanaraq kömək etməyə hazırdır. Overçuk, həmçinin, qeyd edib ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin açılması yalnız Rusiyanın iştirakı ilə mümkündür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            360 12.10.24 16:26