Ombudsman ABŞ Konqresinin Azərbaycana qarşı qərəzli yanaşmalarını qətiyyətlə pisləyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:58 Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib  |     17:56 Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi  |     17:47 Mariya Stadnikə vəzifə verildi  |     17:45 Ötən ay doqquz aptekdə nöqsan aşkarlanıb  |     17:23 Bakıda yeni yolun inşasına start verildi - VİDEO  |     17:20 Lukaşenkonun qələbəsi rəsmiləşdi  |     17:08 Prezident "Minatəmizləmə fəaliyyəti haqqında" qanunu TƏSDİQLƏDİ  |     17:04 Azərbaycanda yeni informasiya sistemi yaradılır - Xidmət haqqı tutulacaq  |     16:54 İlham Əliyev Rüfət Əzizovu vəzifəsindən azad etdi - YENİ TƏYİNAT  |     16:40 Əhməd əş-Şaraanın Türkiyəyə səfər tarixi açıqlandı  |     16:35 İlham Əliyev Polad Bülbüloğlunu təltif etdi  |     15:21 Bakı aeroportunda qonaq qarşılayan "dinozavr" marağa səbəb oldu - VİDEO  |     15:07 Moskvadakı partlayışda erməniəsilli federasiya rəhbəri ağır yaralandı  |     15:06 Azərbaycan həkimlərin reklamına qadağa qoyulması təklif olunub  |     15:05 Sosial müavinət və təqaüdlərin nə vaxtdan artacağı məlum oldu  |     15:04 Azərbaycanın dövlət büdcəsi yanvarda proqnozdan artıq icra edilib  |     15:01 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Ətin qiyməti ucuzlaşdı (VİDEO)  |     14:56 Bu rayonlarda polis postları quruldu  |     14:55 Türkiyədə dərman fabrikində qorxunc partlayış  |     14:53 İtkin şəhidin məzarı 32 il sonra TAPILDI  |    

Ombudsman ABŞ Konqresinin Azərbaycana qarşı qərəzli yanaşmalarını qətiyyətlə pisləyib

Amerika Birləşmiş Ştatları Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” adlı dinləmələrin təşkil olunması və çıxış edənlər tərəfindən mövcud olan faktların açıq şəkildə təhrif olunaraq Azərbaycana qarşı əsassız fikirlərin səsləndirilməsi ciddi təəssüf hissi doğurur.

Bu fikirləri Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Ombudsman bildirib ki, Azərbaycanın 2023-cü ildə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə tam şəkildə uyğun olub, mülki əhali heç bir zaman hədəfə alınmayıb: "Azərbaycan milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşının, o cümlədən Qarabağda yaşayan erməniəsilli vətəndaşlarının beynəlxalq sənədlərdə və milli qanunvericilikdə təsbit olunmuş hüquq və azadlıqlarının müdafiəsinə təminat verir".

"Otuz ilə yaxın işğal müddətində Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, fundamental insan hüquqlarının davamlı olaraq pozulması, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın vətəndaşımızın taleyi barədə məlumatların ölkəmizə təqdim olunmaması, həmçinin torpaqlarımızın minalarla çirkləndirilməsi, ətraf mühitə ziyan vurulması, ekosid cinayətlərinin törədilməsi faktlarının gözardı edilərək ölkəmizə qarşı ittihamların səsləndirilməsi Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirilməsinin və məsələyə qərəzli yanaşmanın təzahürüdür", - S.Əliyeva vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın azərbaycanlılara qarşı əsassız ərazi iddiaları ilə həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının iyirmi faizi bu ölkə tərəfindən işğal olunub, həmçinin yüz minlərlə soydaşımızın indiki Ermənistan ərazilərindən deportasiyaya məruz qalıb. ABŞ Konqresinin Azərbaycana qarşı ikili standartlar, birtərəfli və qərəzli yanaşmalar nümayiş etdirməsini qətiyyətlə pisləyir, əksinə, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və soyqırımı cinayətlərinə münasibət bildirməyə çağırırıq".
//Reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            522 21.09.24 20:19