Ermənistan Azərbaycanla imzalanmış delimitasiya ilə bağlı sənədi təsdiqlədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |    

Ermənistan Azərbaycanla imzalanmış delimitasiya ilə bağlı sənədi təsdiqlədi

Ermənistan hökuməti Azərbaycanla sərhəd delimitasiyası komissiyaları haqqında qaydaların ratifikasiyasını təsdiqləyib.

Bu barədə Median.Az Ermənistan mətbuatına istinadən məlumat verir.

Avqustun 30-da İrəvan və Bakı arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında qaydaların imzalandığı bildirilmişdi.

Qərar layihəsində qeyd olunduğu kimi, qaydalarda delimitasiya işlərinin təşkili və müvafiq sənədlərin qəbulu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin hazırlanması, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtib edilməsi, ekspert qruplarının işi nəzərdə tutulur.

Bildirilir ki, qaydalar və onun əsasında qəbul ediləcək sənədlər delimitasiya işlərinin tam gedişatının təmin edilməsinin hüquqi əsaslarını tamamlayacaq.

Qeyd edək ki, 30 avqust tarixində imzalanmış sərhəd delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında qaydalar (reqlament) yaxın vaxtlarda ölkənin əsas qanununa uyğunluğunun yoxlanılması üçün Ermənistan Konstitusiya Məhkəməsinə göndəriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            447 05.09.24 12:46