Azərbaycan-Özbəkistan Ekspert Şurası yaradılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |     20:01 DGK ilə keçmiş işçisi arasında pensiya mübahisəsi  |     19:50 Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU  |     19:42 Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC  |     19:33 İmişlinin iki yaşayış məntəqəsində qaz kəsiləcək  |     19:25 2024-cü ildə quqlda ən çox onları axtardılar  |     19:18 Mahmud Qurbanov: "Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır"  |     19:07 Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK açıqlama  |     18:45 Yeni COVID epidemiyası başladı: təhlükəlidir  |     18:33 Pakistanda nəzarət-buraxılış məntəqəsi terrorçuların əlinə keçdi: Ölənlər və yaralananlar var  |     18:21 Pentaqon yeni uzaqmənzilli raketləri sınaqdan keçirib: Ukraynada tətbiq ediləcək?  |     18:18 Xaçmaza yeni polis rəisi təyin olunub  |     17:42 Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib  |     17:00 Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb - FOTO  |     16:53 Türkiyə vətəndaşı Azərbaycanda öldü  |     16:50 AYNA Bakıda avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanlarını quraşdırmağa başlayıb  |     16:14 DİN-in əməkdaşı kikboksinq üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb  |     14:44 Qazaxda 43 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır  |     14:38 Azərbaycanda qaraciyər köçürülən aktyor vəfat etdi  |     14:29 Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ  |    

Azərbaycan-Özbəkistan Ekspert Şurası yaradılıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə bu gün “Azərbaycan və Özbəkistan: Qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” mövzusunda hibrid konfrans keçirilib.

BMTM-dən "Report"a verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktor müavini Baxtiyor Mustafayev ikitərəfli münasibətlərin cari vəziyyətinin məmnunluq doğurduğunu və inkişaf perspektivlərin yüksək olduğunu qeyd edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Özbəkistana səfəri iki dövlət arasında çoxşaxəli əməkdaşlığın inkişafı üçün yeni mərhələnin başlamasından xəbər verir: “Qısa müddət ərzində dövlətlərarası münasibətlər yüksək səviyyəyə qaldırılıb, iqtisadi münasibətlər uğurla inkişaf edir”.

Alternativ energetika sahəsində potensialın yüksək olduğunu deyən B.Mustafayev “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizinin yaradılması üzrə fəal iş aparıldığını diqqətə çatdırıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanan sənədlərin, xüsusən də müttəfiqlik münasibətləri haqqında müqavilənin regional və qlobal baxımdan əhəmiyyətini vurğulayıb.

“Son 30 il ərzində Azərbaycan və Özbəkistan arasında çox sıx münasibətlər formalaşıb. Əlaqələrimiz çox yüksək, strateji səviyyədədir”,-o qeyd edib.

F.Şəfiyev iqtisadi sahədə münasibətlərin inkişafının zəruriliyinə toxunub. Onun sözlərinə görə, iki ölkə arasında özəl sektorlar sahəsində qarşılıqlı əlaqənin asanlaşdırılması, gömrük və digər bürokratik maneələrin aradan qaldırılması vacibdir.

BMTM-in İdarə Heyətinin sədri, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin, ekspert dairələri arasında təmasların intensivləşdirilməsinin zəruriliyini qeyd edib.

İkitərəfli sənaye əməkdaşlığının inkişafının vacibliyinə toxunan Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov söyləyib ki, Azərbaycan Özbəkistan üçün Avropaya, Özbəkistan isə Azərbaycan üçün Asiyaya körpü kimi çıxış edir.

Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Mahir Cəfərov Prezident İlham Əliyevin dövlət səfərinin ikitərəfli münasibətlərdə tarixi və yeni mərhələ olduğunu, nəqliyyat-logistika, bərpaolunan enerji sahələrində əməkdaşlığın ikitərəfli əlaqələrin dinamikasına mühüm töhfə verəcəyini vurğulayıb.

Daha sonra konfrans “Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında əməkdaşlığın inkişafında Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı vacib faktor kimi”, “Azərbaycan və Özbəkistan ticari-iqtisadi qarşılıqlı fəaliyyətinin vəziyyəti və inkişaf perspektivləri” (sənaye əməkdaşlığı, “yaşıl” energetika, rəqəmsallaşma), “Yeni geosiyasi şəraitdə Azərbaycan-Özbəkistan nəqliyyat-logistika qarşılıqlı fəaliyyətinin inkişafı” mövzularında panel müzakirələri ilə davam edib. Hər iki ölkənin beyin mərkəzləri və ekspert dairələrinin çıxışları dinlənilib.

Konfransın nəticəsi olaraq Azərbaycan-Özbəkistan Ekspert Şurasının yaradılmasına dair qərar qəbul edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            384 27.08.24 19:57