Polşa Prezidenti Andjey Duda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün noyabrda Azərbaycana səfər edəcək.
Bunu "Report"a müsahibəsində ölkəmizdə diplomatik fəaliyyətini başa vuran Polşanın Azərbaycandakı səfiri Rafal Poborski deyib.
"Söhbət COP29-da Polşanın ən yüksək səviyyədə iştirak edəcəyindən gedir, çünki prezidentimiz Andjey Dudanın nümayəndə heyəti ilə səfərinə hazırlaşırıq. Əlbəttə ki, konfransda Polşanın İqlim və Ətraf Mühit Nazirliyinin nümayəndə heyəti də iştirak edəcək. Bu, COP29-da müzakirə olunacaq məsələlərə cavabdeh olan müvafiq nazirlikdir. Beləliklə, Polşanın konfransda iştirakı maksimum səviyyədə olacaq".
Diplomat Prezident Andjey Dudanın Azərbaycana səfərinin həm də ölkə Prezidenti İlham Əliyevlə ikitərəfli görüş üçün fürsət olacağını vurğulayıb.
//oxu.az