COP29-un prezidenti Muxtar Babayev Azərbaycanda səfərdə olan ATƏT-in baş katibi Helqa Mariya Şmid ilə görüşüb.
Bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"ATƏT-in baş katibi Helqa Mariya Şmid ilə səmərəli görüş keçirilib. Görüşdə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) baxışı müzakirə olunub", - paylaşımda qeyd edilib.